Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:35

Rusiyada «Azərbaycan ili» başa çatdı


Səs: Real audio
Son mərasimdə «Eşq və ölüm» baleti nümayiş etdirilib Rusiyada «Azərbaycan ili» başa çatdı. Dekabrın 26-da Moskvada keçirilən son mərasimdə Azərbaycanın Mədəniyyət naziri Polad Bülbüloğlunun «Dədə Qorqud» dastanının motivləri əsasında yazdığı «Eşq və ölüm» baleti nümayiş etdirilib. Mərasim Rusiyanın Böyük Teatrında olub. Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İntiqam Hümbətov bildirir ki, bir il ərzində Azərbaycanın mədəniyyət, incəsənət və teatr xadimləri Rusiya paytaxtında, ayrı-ayrı şəhərlərdə konsert proqramları ilə çıxış edib, tamaşalar göstəriblər.



Rusiyada «Azərbaycan ili» bu ilin iyununda Moskvada keçirilən konsert proqramından xalq artisti Müslüm Maqomayevin adının çıxarılmasıyla da yadda qaldı. Bu hadisədən sonra xalq artisti uşaqlıq dostu və Mədəniyyət naziri Polad Bülbüloğluna qarşı ittihamlarla çıxış eməyə başlayıb. Adının konsert proqramından çıxarılmasına etiraz edən cənab Maqomayev Azərbaycan vətəndaşlığından imtina etməsinin səbəbi kimi də bu olayı əsas gətirir. Paralel olaraq o, «nə qədər ki, Polad Bülbüloğlu Mədəniyyət naziridir, mən nə Azərbaycana, nə də Azərbaycan mədəniyyətinə lazım deyiləm» - deyir.



Mədəniyyət Nazirliyi Mətbuat Xidmətinin rəhbəri İntiqam Hümbətovsa «Azadlıq» radiosuna bildirdi ki, onlar cənab Maqomayevin fikirlərinə münasibət bildirmək istəmirlər.



Rusiyada «Azərbaycan ili»nin açılış mərasimi bu ilin fevralında keçirilmişdi. Mərasimə Azərbaycan prezidenti İlham Əliyev və onun rusiyalı həmkarı Vladimir Putin də qatılmışdı.



2006-cı ilin yanvarından isə Azərbaycanda «Rusiya ili» başlayır.
XS
SM
MD
LG