Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:03
Rubrikalar

Qafqazda ilk dövlət arxivinin yaradılmasından 85 il ötdü


Səs: Real audio
ATƏT-in Minsk Qrupundakı amerikalı həmsədr «böyük qərarlar verilməlidir»-deyir Bu «İz»də:



- «Arxivlər və mədəniyyət» mövzusunu araşdıracaq;



- Azərbaycanda, eləcə də bütün Qafqazda ilk dövlət arxivinin yaradılmasının 85 illiyinə həsr edilən toplantıdan xəbər tutacaq;



- «Arxiv» sözünün lüğəti mənasını yada salacaq;



- «Mentalitet dolması»nda «tarixdən səslərə» qonaq olacaq;



- və hər dəfə Azərbaycan Dövlət Səs Yazıları Arxivinin direktoru Yaqub Mədətovun açıqlamalarını eşidəcəksiniz.



QAFQAZDA İLK DÖVLƏT ARXİVİNİN YARADILMASINDAN 85 İL ÖTDÜ



1920-ci il dekabrın 6-da Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı xüsusi dekretlə ölkədə arxiv işinin əsası qoyuldu. Həmin dekretə əsasən 1921-ci ilin yanvarında fəaliyyətə başlayan Azərbaycan SSR Mərkəzi Dövlət Arxivi Qafqazda ilk dövlət arxivi oldu.



Hava və zalın soyuqluğuna baxmayaraq, yubiley tədbirlərinə gələnlər çox isti çıxışlar etdilər. Təkliflərini söylədilər.



Millət vəkili Rəfail Hüseynov arxivi zamanın o üzündən bu üzünə atılan körpüyə bənzətdi: "Azərbaycan Demokratik Cümhuriyyətimizin arxivi qalıb. Arxiv qalıbsa, bütün sənədlər ortadadırsa, deməli, bu sənədlərin qorunmasının hansısa bir mexanizmi olub. Ona görə də mən çox arzu edərdim ki, arxivimizin tarixi 85 il yox, elə 87 il əvvəldən başlasın".



Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin təklifi zalda böyük canlanma yaratdı: "Mən bir insan kimi istərdim ki, arxiv işçiləri yaxşı maaş alsınlar..."



Zülfüqar müəllim isə daha irəli getdi: "Üzümü xalqımızın, millətimizin qeyrətli iş adamlarına tutaraq demək istəyirəm ki, bəsdir, minlərlə şadlıq evləri, market, ofislər tikdiniz. Bəlkə, toparlanıb bütün texniki şəraiti və imkanı olan arxiv binası tikib xalqımıza, dövlətimizə hədiyyə edəsiniz".



ARXİVLƏR VƏ MƏDƏNİYYƏT



Aparıcı: Azərbaycanda ilk dövlət arxivi yaranmasından 85 il ötüb. Elə həmin səbəbdən bu dəfə «arxivlər və mədəniyyət» mövzusunun izinə düşmüşük. Bələdçimiz Azərbaycan Dövlət Səs Yazıları Arxivinin direktoru Yaqub Mədətovdur.



Aparıcı: Yaqub müəllim, məlumdur ki, səs yazıları arxivi 1968-ci ildə yaradılıb. Demək, arxivinizdə yaxın 30-40 ilin səsləri toplanıb?



"Yox elə deyil. Arxivimiz düz 20-ci əsrin ilk ilindən başlanır. Yəni 1900-cü ildə istehsal olunan Azərbaycan xanəndəsinin qrammofon valı bizim arxivin fondlarında saxlanır. O vaxt – 1898-ci ildə İngiltərənin məşhur qrammofon şirkəti Riqada öz zavodunu açır və burada valların istehsalına başlayır. Qürur hissi ilə qeyd edim ki, Fedor Şalyapin, Enrika Karuza kimi dahi sənətkarlarla yanaşı, bizim Azərbaycan xanəndələri də səslərini həmin dövrdə qrammofon vallarına qazmışlar. Həmin qrammofon vallarının nüsxələri bizim arxivin qızıl fondunda çox böyük diqqət və qayğıyla mühafizə olunur".



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG