Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:36

Qəzaya uğrayan təyyarənin «qara qutu»su tapılıb<p align=`left`><br><br>


Səs: Real audio
Amma pilotların danışıqlarını lentə alan maqnitofon aşkar edilməyib Dekabrın 23-də Bakı yaxınlığında qəzaya uğrayan AN-140-100 təyyarəsinin «qara qutusu» tapılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev məlumat verib.



Amma pilotların danışıqlarını lentə alan maqnitofon hələ də aşkar edilməyib. Sərhəd Xidmətinin əməkdaşları başqa təyyarədən çıxardıqları eyni cihazı dalğıclara nümayiş etdiriblər.



Elçin Quliyev qəzanın səbəblərinə tezliklə aydınlıq gətiriləcəyini deyib. Xilasetmə işləri isə dekabrın 26-da səhərdən başlayaraq davam etdiriləcək.



Qəzanın səbəblərini araşdıran komissiyanın işində iştirak etmək üçün qəzaya uğrayan təyyarənin istehsal edildiyi Ukraynadan Azərbaycana nümayəndə heyəti gəlib. Bundan başqa, təhqiqata MDB-nin Dövlətlərarası Aviasiya Komitəsindən də ekspertlər cəlb olunub.



Bu barədə təyyarənin məxsus olduğu «Azərbaycan Hava Yolları» şirkəti direktorunun köməkçisi Zeynalabdin Mirzəyev məlumat verib. O, komissiyanın işi barədə yaxın günlərdə ətraflı məlumat veriləcəyini deyib. Onun bildirdiyinə görə, həlak olan sərnişin və heyət üzvlərinin hamısının meyitləri tapılıb. Əcnəbi vətəndaşların cəsədlərinin qohumlarına çatdırılması işiylə Qazaxıstan, Gürcüstan, Türkiyə və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri məşğul olur.



«Azərbaycan Hava Yolları» şirkətinə məxsus və Bakıdan Qazaxıstanın Aktau şəhərinə uçan AN-140-100 sərnişin təyyarəsi dekabrın 23-də Bakı yaxınlığında qəzaya uğrayıb. Hadisə təyyarə Heydər Əliyev adına Bakı Hava Limanından havaya qalxdıqdan bir qədər sonra baş verib. Təyyarən Nardaran qəsəbəsi yaxınlığında Xəzər sahilinə düşüb.



Göyərtədə olan 23 nəfər (18 sərnişin və 5 heyət üzvü) həlak olub. Sərnişinlərdən 10-nun Azərbaycan, 4-nün Qazaxıstan, digər 4 nəfərin isə Avstraliya, Gürcüstan, Türkiyə və İngiltərə vətəndaşları olduğu bildirilir. Prezident İlham Əliyev hadisəni təhqiq etmək üçün Dövlət Komissiyası yaradıb.
XS
SM
MD
LG