Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:21

İpoteka kreditləri mənzil problemini həll edə biləcəkmi?


Səs: Real audio
Göyərtədə olan 23 nəfər (18 sərnişin və 5 heyət üzvü) həlak olub «Panorama»nın bu şənbə qonağı «Azlex» Hüquq Firmasının prezidenti Abbas Atakişiyevdir. Söhbətdə həmçinin «Gün səhər» qəzetinin şərhçisi Elxan Şahinoğlu və «Yeni Azərbaycan» qəzetinin əməkdaşı Aqşin Şahinoğlu da iştirak edir.



Dövlət başçısı İpoteka Fondu haqqında əsasnaməni və ipoteka kreditlərinin verilmə qaydalarını təsdiq etdi. Bu dəfəki söhbətdə də elə ipoteka kreditlərinin ölkədə mövcud olan mənzil probleminin həllində oynaya biləcəyi rol müzakirə edilir.



Abbas Atakişiyev deyir ki, ipoteka kreditləri başqa kreditlərə nisbətən əhaliyə daha əlverişli şərtlər daxilində verilməlidir. Əhali, xüsusilə də gənc ailələr ipoteka kreditlərindən bəhrələnərək mənzil problemlərinin həllini asanlaşdıra biləcəklər. Ancaq onun sözlərinə görə, ölkədə iqtisadi inkişafa nail olmaq və işsizlik problemini həll etməklə ipoteka kreditlərinin əhəmiyyətini artırmaq olar. Çünki bu kreditlər mövcud qanunvericiliyə görə, işləyən və sabit gəliri olan şəxslərə verilə bilər.



Söhbəti Audio hissədə dinləyə bilərsiniz
XS
SM
MD
LG