Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:05

Gələn həftə ali məktəblərdən qovulmuş tələbələrlə bağlı qərar veriləcək


Səs: Real audio
Göyərtədə olan 23 nəfər (18 sərnişin və 5 heyət üzvü) həlak olub Dekabrın 24-də Təhsil naziri Misir Mərdanov oxuduqları ali məktəblərdə siyasi əqidələrinə görə, təzyiqlərə məruz qaldıqlarını bildirən bir qrup tələbəni və onların valideynlərini qəbul edib. Bunlar Bakı Dövlət Universitetindən xaric edilmiş Turan Əliyev, Pedaqoji Universitetdən qovulmuş Emin Hüseynov və Sənan Ağacanov, eləcə də Pedaqoji Universitetdə təzyiqlərə məruz qaldığını deyən Namiq Feyziyevdir. Görüşə adıçəkilən ali məktəblərin nümayəndələri də qatılıblar. Tədbirin təşəbbüskarlarından biri olan «Bakinski vedemosti» qəzetinin əməkdaşı Aygün Muradxanlının bildirdiyinə görə, görüşdə gənclər siyasi baxışlarına görə təqib olunduqlarını bir daha bəyan ediblər. Ali məktəblərin nümayəndələri isə, buna etiraz ediblər, gənclərin pis oxuduqlarını, imtahanlardan kəsildiklərini, Turan Əliyevin isə, universitetdə siyasi təbliğat apardığını, tələbələri dərsdən yayınıb «Azadlıq» blokunun parlament seçkisiylə bağlı mitinqlərinə qatılmağa təhrik etdiyini bildiriblər.



Təhsil naziri Misir Mərdanov ümumiyyətlə, tələbələrin universitetdən qovulmasına tərəfdar olmadığını deyib.



Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Bayram Hüseynzadə məlumatı təsdiqlədi. Onun sözlərinə görə, nazir Pedoqoji Universitetin nümayəndələrinə göstəriş verib ki, Namiq Feyziyev universitetdən qovulmasın, ona imtahanlardan olan kəsirlərini vermək üçün bir daha şans verilsin. Digər üç gənclə bağlı isə, Misir Mərdanov yaxın günlərdə adıçəkilən ali məktəblərin rektorları ilə bir daha məsləhətləşmə aparacağını və gələn həftənin 2-ci, ya da 3-cü günü hər dörd gəncin məsələsiylə bağlı son qərarın veriləcəyini deyib.



Turan Əliyev və Sənan Ağacanov AXCP, Emin Hüseynov «Dalğa», Namiq Feyziyev isə «Yeni Fikir» Gənclər təşkilatlarının üzvüdürlər. Ölkənin bir sıra hüquq-müdafiə təşkilatları və mətbuat orqanları Təhsil Nazirliyinə müaraciət edərək, adıçəkilən gənclərin problemlərinin müzakirə olunmasını xahiş etmişdilər.
XS
SM
MD
LG