Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:11

<i>«Yeni Müsavat»</i>: «İranla Azərbaycan arasında təhlükəli təhlükəsizlik danışıqları...»


Səs: Real audio
Bu haqda prezident "AzAL"ın rəhbərliyinə göstəriş verib «Yeni Azərbaycan» qəzetindəki «ADP tarixin arxivinə atılır» sərlövhəli məqalədə Kamal yazır ki, Rəsul Quliyevin pulları uğrunda mübarizə kuliminasiya nöqtəsinə çatıb. Müəllifin fikrincə, son zamanlar ADP daxilində baş verən hadisələr onu deməyə əsas verir ki, artıq bu partiya da tarixin arxivinə atılmaq üzrədir. Uzun müddətdir ki, qurum daxilində Rəsul Quliyevin tərəfdarları ilə Sərdar Cəlaloğlu qruplaşması arasında ciddi qarşıdurma yaşandığını deyən müəllif bildirir ki, indi vəziyyət o yerə gəlib çıxıb ki, bu vaxta qədər bir-birinə qənim kəsilmiş ayrı-ayrı partiya yetkililəri indi özlərini Rəsul Quliyevə yaxın bilirlər. Halbuki, bu insanları eks-spikerə bağlayan daha çox maliyyə dəstəyidir.



Müəllif hələ parlament seçkisindən bir müddət sonra Sərdar Cəlaloğlunun partiya sədrliyinə gətiriləcəyi haqda mətbuatda gedən fikirlərin məntiqsiz göründüyünü deyir. Onun fikrincə, Rəsul Quliyevin partiya sədrliyindən uzaqlaşdırılması qurumun maliyyə dayaqlarına çox ciddi zərbə vura bilər. Digər tərəfdən, Sərdar Cəlaloğlunun elə də siyasi çəkiyə malik olmaması bu arqumenti puç edir.



«Yeni Müsavat» qəzetindəki «İranla Azərbaycan arasında təhlükəli təhlükəsizlik danışıqları» başlıqlı məqalədə Fərhad yazır ki, Tehranla Bakı arasında intensiv təmaslar və münasibətlərdəki sürətli yaxınlaşma davam etməkdədir. İlham Əliyevin dekabrın 20-də Naxçıvanda İran prezidenti Mahmud Əhmədinejadla görüşündən cəmi bir gün sonra Milli Təhlükəsizlik naziri Eldar Mahmudov Tehrana səfərə yola düşüb. İran mənbələrinin ötən gün yaydıqları məlumta görə, cənab Mahmudov bu ölkənin Daxili İşlər naziri Mostafa Pur Məhəmmədi ilə görüşüb.



Müəllifin fikrincə, dünyanın diqqətinin İranın üzərində olduğu bir vaxtda İlham Əliyevin Tehranla təhlükəsizlik məsələlərinə dair təcili danışıqlar aparması kifayət qədər müəmmalı görünür. Müəllif hesab edir ki, təhlükəsizlik sahəsində hazırda İranı maraqlandıran daha ciddi məsələlər var. Bura ABŞ-in Azərbaycan ərazisindən İranda kəşfiyyat məqsədi ilə istifadə etməməsi də daxil ola bilər.



«Üç nöqtə» qəzetindəki «Azərbaycan tranzit yüklərin keçdiyi bir ölkəyə çevrilir» başlıqlı məqalədə Rəşad yazır ki, hökumət ən iri layihələrdən olan TRASEKA-nın 2015-ci ilə qədərki milli strategiyasını hazırlayır. Müəllif yazır ki, beynəlxalq yük daşımalarının ildən-ilə artım tempi göstərir ki, gələcəkdə Azərbaycan bu sahədə böyük gəlirlər əldə edə biləcək.



Cari ilin yanvar-oktyabr aylarında Avropa, Qafqaz, Asiya beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmaların 19,3 %-i dəniz nəqliyyatı vasitəsilə həyata keçirilib. Bu göstəricinin 2004-cu ilin müvafiq ayları ilə müqayisədə 0,5% artdığını bildirən müəllif yazır ki, daşınmaların 92,1 %-ni tranzıt yüklər təşkil edib. Nəticədə əldə olan gəlirin həcmi 4,8 % artaraq, 219,3 milyard manata çatıb.
XS
SM
MD
LG