Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:27
Rubrikalar

Aztəminatlı ailələrə ünvanlı sosial yardım veriləcək


Səs: Real audio
Bundan sonra Azərbaycanın dövlət başçısının aylıq vəzifə maaşı 15 min yeni Azərbaycan manatı olacaq. Bu isə təxminən 16 min 350 ABŞ dollarına bərabərdir - Gələn ildən 250 min kasıb ailəyə ünvanlı sosial yardım veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin hesablamalarına görə, ölkə üzrə aztəminatlı ailə kateqoriyasına aid edilən şəxslər məhz bu qədərdir.



Nazirliyin Yoxsulluq Problemi və Ünvanlı Sosial Yardım Şöbəsinin mütəxəssisi Musa Ağamalıyev bildirib ki, indi hökumətdə ünvanlı sosial yardımın təyin edilməsi qaydaları müzakirə olunur. Ünvanlı sosial yardımın verilməsindən imtina əsasları müəyyənləşdirilir. Əgər ailənin maşını, yaxud iki mənzili və yaxud da pullu təhsil alan üzvü varsa, digər gəlir mənbələrindən asılı olmayaraq, həmin ailə ünvanlı sosial yardım ala bilməyəcək. Ailə təsərrüfatında bir inək və beş qoyun varsa, buna da ünvanlı sosial yardım düşmür.



- Gələn ildən kəndli nə qədər su istifadə edəcəksə, o qədər də su pulu verəcək.



Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyindən bildiriblər ki, kənd təsərrüfatı subyektləri tərəfindən suvarma suyunun haqqının ödənilməsi forması dəyişdiriləcək və istifadə həcmindən asılı olaraq yığılacaq.



Hazırda təsərrüfatlar suvarma suyunun haqqını suvarılan torpağın sahəsindən asılı olaraq güzəştli tariflərlə ödəyirlər. Yeni ödəniş formasına keçid suya qənaət məqsədi ilə həyata keçirilir.



- Dekabrın 23-ə olan məlumata görə, Milli Bankda 1 dollar 4592, 1 avro 5453, 1 rubl isə 159 manatdır.
XS
SM
MD
LG