Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:29

Amerikanın Erməni Milli Komitəsi Rino Harnişə etiraz göndərib


Səs: Real audio
Naxçıvanda erməni qəbirüstü abidələrinin dağıdıldığını iddia edən Komitə üzvləri Amerika səfirini bunun qarşısını almağa çağırırlar Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi Amerikanın Erməni Milli Komitəsinin Naxçıvandakı erməni qəbiristanlığında qəbirüstü abidələrin dağıdılmasıyla bağlı məktubunu alıb. Səfirlik hazırda bu məsələni araşdırır.



Bunu "Azadlıq" radiosuna səfirliyin mətbuat xidmətindən bildiriblər.



Həmin məktubda iddia olunur ki, Naxçıvanda 10 000 qəbirüstü abidə –erməni xaçları Azərbaycan silahlı qüvvələri tərəfindən dağıdılır. Məktub müəllifləri Amerika səfirini Naxçıvana getməyə, hər şeyi öz gözüylə görməyə və abidələrin sonadək dağıdılmasının qarşısını almağa çağırır.



Amerika Konqresinin Ermənistan Məsələləri üzrə Qrupunun həmsədrləri də Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Hafiz Paşayevə məktub göndərərək eyni məsələdən narahat olduğunu bildiriblər.



Azərbaycanın Xarici İşlər Nazirliyində isə hesab edirlər ki, bütün bunlarda məqsəd Azərbaycanın işğal olunmuş ərazilərindəki abidələrin dağıdılmasından fikri yayındırmaqdır.
XS
SM
MD
LG