Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:47

Bakıda yolkalar qurulacaq


Səs: Real audio
Bakının Baş yolkası paytaxtda dekabrın 24-də qurulacaq Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin əməkdaşı Əlabbas Bağırovun verdiyi məlumata görə, 5 metr hündürlüyündə olan yolka Milli Parkda qurulacaq. Sabahdan şəhərin həm mərkəzi, həm də kənar hisslərində də yolkalar qurulacaq. Bakı əhalisi Şaxta Baba, Qar qız və nağıl qəhrəmanlarıyla da görüşəcək.



Hər il Yeni il bayramı yaxınlaşdıqca qadağan olunan yüksək səsyayıcı oyuncaqların istifadəsi də artır. Bu cür oyuncaqların qadağan edilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti 2001-ci ildə sərəncam da imzalamışdı.



Əlabbas Bağırovun verdiyi məlumata görə, bu il həmin oyuncaqların satışı azalsa da, gizli olaraq yenə də satılır. Hazırda həmin satış yerləri araşdırılır.



Yeni il şənlikləri isə dekabrın 31-dən yanvarın 15-də qədər davam edəcək.
XS
SM
MD
LG