Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:09

Zəvvarlar Həccə gedir<p align=`left`><br><br>


Səs: Real audio
Onlar Kərbəlanı bu dəfə də ziyarət edə bilməyəcəklər Azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətinə dekabrın 24-də avtobusla yola düşəcək. Zəvvarlar 58 avtobusla iki qrupda dekabrın 24-də və 27-də yola salınacaqlar. Avtobuslar Bakı və Naxçıvandan çıxacaq.



Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Hacı Akif avtobusların marşrutu barədə belə deyir: "İran-Türkiyə-Suriya-İordaniya-Səudiyyə Ərəbistanı. İraqdan keçmək daha qısa yol idi, ancaq məlum səbəblərdən biz İraqa gedə bilmirik".



Bu il ümumilikdə 3450 azərbaycanlı zəvvar Məkkəni ziyarət edəcək. Onlardan üçdə biri avtobus, qalanları isə təyyarə reyslərindən istifadə edəcək. Təyyarə reysləri yanvarın 1-4-ü arası həyata keçiriləcək.



Qurban bayramı yanvarın 10-a təsadüf edir. Məkkəyə gedən zəvvarlar məhz həmin gün Hacı olacaqlar. Yanvarın 10-u Azərbaycanda rəsmi bayramdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG