Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:07

Aydın Quliyev ADP-dən çıxarılıb<p align=`left`><br><br>


Səs: Real audio
Azərbaycan Demokrat partiyası Ali Məclisinin üzvü, "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev partiyadan xaric edilib Bu barədə qərarı partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyası verib. Qərara səbəb Aydın Quliyevin partiya sədri Rəsul Quliyevin seçki kampaniyasını pozmağa cəhd, partiya qərarlarının əleyhinə mətbuatda təbliğat aparmaq göstərilir.



ADP sədrinin müavini Sərdar Cəlaloğlu Aydın Quliyevin partiyadan uzaqlaşdırılmasından təəssüflənir. Onun bildirdiyinə görə, cənab Quliyev bir neçə dəfə partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasına çağırılsa da, bundan imtina edib. Sərdar Cəlaloğlu Aydın Quliyevin 1992-ci ildə də partiya sıralarından məhz partiya əleyhinə fəaliyyətə görə uzaqlaşdırılmasına diqqət çəkir.



Sərdar Cəlaloğlu deyir ki, Aydın Quliyev partiya həyatında iştirak etməsə, partiya üçün xidmətləri olmasa da, yaxşı qəzetçidir.



Aydın Quliyevsə ADP-dən çıxarılması barədə qərarı gülüşlə qarşıladığını deyir. Onun bildirdiyinə görə, bu qərar partiyadakı sağlam qüvvələrin narahatlığına səbəb olub. Aydın Quliyev Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi kiçik bir qrupu partiyada ziyanlı fəaliyyət göstərməkdə suçlayır. O, cənab Cəlaloğlunu partiyadan uzaqlaşdırmağa start verdiklərini, partiya rəhbərliyinin yenidən formalaşdırılacağını deyir.



Aydın Quliyev söyləyir ki, Sərdar Cəlaloğlunun məqsədi Rəsul Quliyev qayıdanadək partiyanı kiçik bir qrupun inhisarında saxlamaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG