Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:23
Rubrikalar

Veteran futbolçuların yoldaşlıq görüşü olacaq


Səs: Real audio
Nazir sülh sazişi barədə deyilənləri təkzib edir - Dekabrın 24-də Rusiyanın futbol veteranlarından ibarət yığma komandası Bakıya gəlir. Komandada Rusiya yığmasının Nikolay Bubnov, Vladimir Tatarçuk. Aleksandr Jidkov kimi tanınmış veteran oyunçuları da olacaq. Əl Oyunları Sarayında Rusiyanın veteranlardan ibarət yığması ilə Bakının «Neftçi» komandasının veteranları arasında yoldaşlıq görüşü keçiriləcək.



Azərbaycan futbolunun sayılan veteranlarından – Samir Ələkbərov, Şahin Diniyev, Nazim Süleymanov, İsgəndər Cavadov da yoldaşlıq görüşündə iştirak edəcəklər.



- "Bakı" futbol klubunun latviyalı hücumçusu Andrey Ştoltsers yenidən ölkəsinin yığma komandasının heyətinə çağırılıb. Hücumçu dekabrın 24-30-da Tailandda keçiriləcək beynəlxalq "Kral Kuboku" turnirində Latviya yığmasının şərəfini qoruyacaq. O, "Bakı" klubunun heyətində çıxış etməzdən qabaq İngiltərənin "Fulhem", Moskvanın "Spartak", Donetskin "Şaxtyor" və Latviyanın "Skonto" klublarının da şərəfini qoruyub.



- Gənclər, İdman və Turizm Nazirliyi idman şöbəsinin müdiri Mirkamil Rəhimovdan aldığımız məlumata görə, gələn ilin fevralında İtaliyada keçiriləcək XX Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların adları məlumdur. Fiqurlu konkisürmə üzrə Kristina Freyzer və İqor Lukanindən ibarət rəqs cütlüyünün təmsil olunacağı yarışları idarə edənlər arasında Azərbaycandan beynəlxalq dərəcəli hakim Lyudmila Krosova da olacaq.
XS
SM
MD
LG