Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:02

Bu dəfəki qonağımız Vaqif Səmədoğludur


Səs: Real audio
Nazir sülh sazişi barədə deyilənləri təkzib edir O Vaqif Səmədoğlu ki, həm ədəbiyyatdadır, həm də siyasətdə. Təkcə bu günün millət vəkili yox, həm də dünənin "meydan adamı"dır. Yaşadığı cəmiyyətin özəlliklərinə kifayət qədər bələd olan bu adam nə vaxtsa taleyinin onu bu dünyaya əliboş göndərdiyini, elə gedəndə də əliboş gedəcəyini demişdi. Çalışıb onunla hər şeydən danışacağıq. Ancaq ilk növbədə əlbəttə ki, mövcud durumunun necəliyini soruşduq



- Vaqif müəllim, bir vaxtlar demişdiniz ki, "çadırlardan baxanda saraydakı kimi görükürəm, saraylardan baxanda çadırlardakı kimi". İndi bu çadırları söküblər. İndi necədir vəziyyət?



- Yox, mən demişdim ki, "çadırlardan baxanda cənnətdəyəm, saraylardan baxanda cəhənnəmdə". Mənim maddi durumum yenə də elədir. Dəyişməyib. Allaha min şükürlər olsun, dolanıram... Deməzdim ki, 20-ci əsrin sonundakı hansısa mənada bədbinliyim, pessimizmim 21-ci əsrin əvvəllərində sönüb. Yox. Mən 5-6 yaşımdan – indi 66 yaşın içindəyəm – çox az dəyişmişəm. Buna da mən xasiyyətdə sabitlik deməzdim. Bəlkə də bu, daha başqa keyfiyyətdir. O qədər də yaxşı keyfiyyət deyil, amma dəyişməmişəm. Yəni uşaq pessimizmi, uşaq tənhalığı, yalqızlığı böyük tənhalığından qat-qat güclü olur. Məndə o uşaq bədbinliyi, yalqızlığı deməzdim ki, azalıb. O, da get-gedə artır. Gəlin unutmayaq ki, mən həm də şairəm. Bu hisslər şairin "çörək ağacıdır".



Söhbətin davamını Audio hissədə dinləyə bilərsiniz
XS
SM
MD
LG