Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:24

Deputat olmaq istəyən azdır


Səs: Real audio
Qonşu ölkənin tələbələri müəllimlərin səviyyəsinin onları qane etmədiyini deyir 11 gündür ki, təkrar seçki kampaniyası başlayıb, deputat olmaq istəyənlərin sayı isə çox azdır. Seçki vərəqini götürən cəmi bir neçə nəfər var



Siyasətçilər bunu bir neçə cür izah etsələr də, əsas səbəb kimi 6 noyabr seçkilərində baş verənlər göstərilir.



«Azadlıq» Blokunun Seçki Qərargahının rəhbəri Pənah Hüseyn deyir ki, hələ seçkilərə kifayət qədər vaxt var. Ona görə də xüsusi canlanmanın olmaması təbii haldır. Ancaq bu məsələnin bir tərəfidir. Başqa bir səbəb müxalif qüvvələrin səsvermədə iştirakı məsələsində qeyri-müəyyənliyin olmasıdır. Çünki əsas müxalifət partiyalarının bir çoxu təkrar seçkilərdə iştirak etməmək barədə qərar veriblər.



Pənah Hüseyn deyir ki, ümumiyyətlə, təkrar seçkilərdə fəallıq bir qayda olaraq əsas seçkilərdəkindən aşağı olur. Bu, yerlərin azlığı, ümumi ictimai–siyasi fəallığın aşağı düşməsi və s. səbəblərlə bağlıdır. Bütün bunlara baxmayaraq, Pənah Hüseyn güman edir ki, təxminən yanvarın sonu-fevralın əvvəlində müəyyən fəallıq müşahidə olunacaq. Ancaq bu heç də seçkilərin keyfiyyət göstəricisi olmayacaq.



YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə deyir ki, seçkilərdə saxtakarlıq barədə deyilənlər məğlub olmuş partiyalar və ayrı–ayrı namizədlərin iddiasından başqa bir şey deyil. İmza vərəqələrinin götürülməsi isə hələ təzə başlayıb.



Mübariz Qurbanlının fikrincə, imza vərəqələrinin götürülməsi prosesinin sonunda fəallıq barədə nəsə bir ümumiləşdirilmiş fikir söyləmək olar.



Ümumiyyətlə, hələ mayın 13-ə – boş qalan yerlərə təkrar seçkilərin keçirilməsinə xeyli vaxt qalsa da, artıq indidən bu məsələnin gündəmə gəlməsi müşahidə olunur.



"Azadlıq" blokunun təkrar seçkilərdə iştirak etməyəcəyini bildirməsi, YAP və bir sıra başqa partiyalardan seçkilərə qatılacaqları barədə fikirlər səslənməsi artıq boş qalan yerlər məsələsinin siyasi dairələrdə bu və ya digər şəkildə müzakirə edildiyini təsdiqləyir. Ancaq əlbəttə ki, prosesə kimlərin qoşulacağı və onun nə dərəcədə fəal keçəcəyini seçkilərə az vaxt qalanda dəqiq müəyyənləşdirmək olacaq.
XS
SM
MD
LG