Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:43

Türkiyəli tələbələrin problemlərini həll etmək üçün komissiya yaradılıb


Səs: Real audio
Qonşu ölkənin tələbələri müəllimlərin səviyyəsinin onları qane etmədiyini deyir Təhsil Nazirliyi Türkiyədən olan tələbələrin problemlərini araşdırmaq və həll etmək məqsədilə komissiya yaradıb. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Bayram Hüseynzadə deyir ki, problemlər əsasən tələbələrin yataqxanada yerləşdirilməsi və tədrislə bağlıdır.



Bu yaxınlarda Azərbaycanın ali məktəblərinin birini qurtarmış, soyadını söyləmək istəməyən Hüseyn də əsasən yataqxana və dərslik problemləri ilə üzləşdiklərini söyləyir. Onun sözlərinə görə, yataqxanalar yaşamaq üçün çox yararsızdır, dərsliklər isə əsasən kirill əlifbası ilə çap olunduğundan müasir tələblərə cavab vermir. Türkiyəli tələbələri müəllimlərin səviyyəsi də qane etmir. Hüseynin sözlərinə görə, bu problemlərdən bəzisini Türkiyənin Təhsil Nazirliyinin Azərbaycandakı nümayəndəliyi həll etməyə çalışır.



Belə bir nümayəndəlik Türkiyədə də fəaliyyət göstərir. Bayram Hüseynzadə deyir ki, bu qurum azərbaycanlı tələbələrin problemlərini həll etməklə məşğuldur.



Təhsil Nazirliyinin məlumatına görə, hazırda Azərbaycanda 41 ölkədən 5000-ə yaxın tələbə təhsil alır. Onların təxminən 2000-i Türkiyədəndir. Eləcə də 3000-dən artıq azərbaycanlı gənc xarici ölkələrdə oxuyur.
XS
SM
MD
LG