Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:42

Daha bir tələbə qovuldu


Səs: Real audio
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə deyilənlərlə razılaşmır Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi Turan Əliyevdən sonra İqtisad Universitetinin 4-cü kurs tələbəsi Emin Hüseynov də universitetdən xaric edilib



Hüquq müdafiəçiləri bildirirlər ki, hər iki tələbə müxalifətin mitinqlərində iştirak etdiklərinə, siyasi baxışlarına görə ali məktəbdən qovulublar. Elə buna görə də Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Komitəsi bu həftəni Tələbələrin Hüquqlarını Müdafiəsi Həftəsi elan ediblər. Onlardan biri – Səidə Qocamanlı deyir ki, parlament seçkilərindən sonra siyasi baxışlarına görə tələbələrə qarşı təzyiqlər artıb:



«Təzyiqlərə məruz qalan tələbələrin hamısının Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş azad fikir hüquqları pozulub. Ali məktəblərdə bu gün 37-ci ilin ab-havası hiss olunur. Bizi narahat edən odur ki, seçkidən əvvəl gənclərə qarşı olan təzyiqlər seçkidən sonra daha da genişlənib».



Təhsil Nazirliyində isə bu fikirlə razılaşmırlar. Təhsil nazirinin müavini Elmar Qasımov bildirir ki, dərsə davamiyyəti zəif və kəsri olan tələbələr universitetdən xaric olunurlar:



«Bunu niyə siyasətlə qarışdırırlar. Universitetdaxili qaydaları pozan, kəsri olan, dərsə gəlməyən tələbə əlbəttə, ali məktəbdən kənarlaşdırılır. Bunun siyasətə heç bir aidiyyəti yoxdur».



BDU-dan qovulan Turan Əliyevin tələbə yoldaşı Qaya Əliyev isə deyir ki, bu hadisədən sonra universitetdə başqa tələbələrə də təzyiqlər göstərirlər:



«İndi Turanla bağlı çirkin materiallar toplayırlar. Haqqında təhqir dolu yazılar yazılır. Bizə – tələbələrə də həmin yazılara qol çəkmək üçün təzyiqlər edilir».



Turan Əliyevin universitetdən qovulması ilə bağlı əmrdə səbəb kimi universitetdə mitinqlərə çağıran vərəqələr yayması göstərilir.



İqtisad Universitetinin tələbəsi Emin Hüseynovun əmrində isə onun intizam qaydalarına əməl etmədiyi göstərilir.



Hüquq müdafiəçisi Çingiz Qənizadə: «Emin Hüseynov «Dalğa» gənclər hərəkatının fəal üzvüdür. Tələbələr arasında «Hüquqlarınızı bilin və qoruyun» adlı vərəqələr yayıb. Fakültə dekanı təqdimat yazıb ki, başqa fakültənin dekanına qarşı kobudluq edib, buna görə də uzaqlaşdırılır. Əvvəllər polisə müqavimət adıyla insanların hüquqları pozulurdu, indi də müəllimlərin əliylə».



Emin Hüseynovun sözlərinə görə, o, intizam qaydalarını pozmayıb, mitinqlərdə iştirakını biləndən sonra universitetdən uzaqlaşdırılıb: «Dedilər ki, mitinqdə şəklin çıxıb, vərəqə yayırsan, ona görə çıxartdılar».



Emin Hüseynovun universitetdən xaric olunması ilə bağlı əmrdə isə səbəb kimi onun universitetin nizam qaydalarını pozduğu və Biznes inzibatçılığı fakültəsinin dekanına qarşı kobudluq etdiyi göstərilir.



Tələbənin təhsil aldığı İqtisad Universiteti Türk dünyası işlətmə fakültəsinin dekanı Ramazan Daşdurmaz:



«Tələbənin bizim universitetin başqa bir fakültəsinin dekanı ilə münaqişəsi olub. O, da rektorluğa deyib. Əgər bir tələbə belə hərəkət edibsə, biz rektora yazırıq, əmri isə rektor verir. Rektorluqda nə olub olmadığını bilmirəm, burda siyasi məsələ yoxdur, biz siyasətə qarışmırıq. Heç bir qüvvə siyasi məsələyə görə mənim tələbəmi mənə xaric etdirə bilməz».



Təhsil naziri Misir Mərdanov isə tələbələrin universitetlərdən xaric olunmalarından təəssüfləndiyini bildirir. Deyir ki, bu məsələni qovulan tələbələr və universitet rəhbərləri ilə birlikdə araşdırmağa çalışacaq:



«O tələbələrin problemi fakültə dekanı, rektorlarla birlikdə araşdırılacaq. Birini eşidib, birini eşitməm
XS
SM
MD
LG