Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:00
Rubrikalar

Kiçik köşk və mağazalardakı mübadilə məntəqələri bağlanacaq


Səs: Real audio
Həmmuruzəçi məsələnin ciddi müzakirəyə səbəb olacağını bildirir - Dekabrın 21-də «McDermott» şirkətinin nəzdində podratçı şirkət kimi fəaliyyət göstərən «PCH» şirkətində çalışan 200-dək azərbaycanlı fəhlə onlara bonus verilmədiyi üçün tətil edib.



Tətil edənlərdən biri – Şahkamal Bağırovun sözlərinə görə, etiraza səbəb «McDermott»un bütün işçilərinə bonus verildiyi halda, «PCH» fəhlələrinin bundan kənarda qalması olub. Bir saatlıq tətildən sonra rəhbərlik fəhlələrin tələbini dekabrın 31-dək yerinə yetirəcəyinə söz verib.



«McDermott» şirkətinin fəhlələri noyabrın 29-da tətil edərək onların əmək haqlarının artırılmasını tələb etmişdilər.



- Valyutadəyişmə məntəqələrinin sayı 70 faizədək azaldılacaq. Bu haqda "Assa-İradə" agentliyinə məlumat verən Milli Bankın İdarə Heyəti sədrinin birinci müavini Aydın Quliyevin sözlərinə görə, kiçik köşk və mağazalardakı mübadilə məntəqələrinin fəaliyyətinə son qoyulacaq.



Milli Bank valyutadəyişmə məntəqələrinin işini tənzimləyəcək yeni qaydalar hazırlayıb və həmin sənədlər banklarla razılaşdırılır. Aydın Qulyiev deyir ki, yeni qaydalara görə, valyuta dəyişmə məntəqələri kənarda fəaliyyət göstərən ayrıca mübadilə məntəqəsi kimi yox, bankın əməliyyat hissəsinin bir qolu kimi mövcud olacaq. Və onların fəaliyyətinə icazə verilməsi Milli Bankın xüsusi sənədləri əsasında tənzimlənəcək.



- «Barmek» Azərbaycan şirkəti isə şimal bölgəsində – Quba, Qusar, Xaçmaz və Dəvəçidə abonentlərin borclarını ödəmələri üçün daha beş gün vaxt verib. Amma şirkət Bakı və Sumqayıtda bu vaxtı uzatmadan dekabrın 20-dək borcunu ödəməyən 1200 abonentin işığını kəsib. Bu abonentlər arasında son dörd ildə işıq pulu verməyənlər də var.



- Ağdamda ziyanvericilər əkin sahələrini yararsız hala sala bilər. Bu məqsədlə Kənd Təsərrüfatı rayona 140 kiloqram dərman göndərib. Nazirliyin Bitki Mühafizəsi Sektorunun baş məsləhətçisi Xoşqədəm Ələsgərova deyir ki, hava yaxşı keçdiyindən ziyanvericilər əkin sahələrinə hücum çəkərək bitkinin kök hissəsini sıradan çıxarırlar.



- Milli Bankın dekabrın 21-ə olan məlumatına görə, 1 ABŞ dolları 4 594, 1 avro 5 449, 1 rus rublu isə 159 manatdır.
XS
SM
MD
LG