Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:56

<i>«Üç nöqtə»</i>: «Azərbaycanın 1 milyard 600 milyon dollar borcu var»


Səs: Real audio
Həmmuruzəçi məsələnin ciddi müzakirəyə səbəb olacağını bildirir «Bakı-Xəbər» qəzetindəki «Bir Allah, bir ulu rəhbər, bir Şeyxülislam...» başlıqlı məqalədə Cəlal yazır ki, Allahşükür Paşazadənin vəzifəsinin 25 illiyinin qeyd olunması məsələsinə toxunmayacaq. Ancaq şeyxin deməsi ki, «bu 25 ildə nəyi edə bilmişəmsə, göz qabağındadır, nəyi etməmişəmsə, Allah məsləhət bilməyib» söyləməsi bir qədər narahatlıq doğurur. Məqalədə bildirilir ki, şeyxin etmədiklərinə görə məsuliyyəti Allahın üzərinə atması heç də qəbuledilən deyil. Müəllif hesab edir ki, əslində, şeyx desəydi ki, həmişə siyasi hakimiyyətin maraqlarına uyğun hərəkət edib, baş verən haqsızlıqlara, ədalətsiz məhkəmə qərarlarına göz yumub, bu daha anlaşıqlı və səmimi cavab olardı.



«Yeni Azərbaycan» qəzetindəki «Lalə Şövkətin mandat oyunu» başlıqlı məqalədə Nardar Bayramlı yazır ki, Milli Birlik Hərəkatının lideri Mirmahmud Fəttayevin mandat oyununu təkrarlayır. Məqalədə bildirilir ki, «Azadlıq» blokunun mandat qazanmış nümayəndələrinin parlamentin işində iştirakı hələ də sual altındadır. Çünki bu günlərdə Müsavat Partiyası Məclisinin iclasında da seçilmiş üzvlərin Milli Məclisi boykot etməsi qərarı çıxarılıb. Müəllif yazır ki, xanım Lalə Şövkət parlamentdən imtina etdiyini söyləsə də, hələlik məsələyə dair müvafiq orqanlara rəsmi müraciət etməyib. Müəllifə görə, Milli Birlik Hərəkatı rəhbərinin deputat mandatından imtinası ilə bağlı etdiyi bəhanələrin heç bir əsası yoxdur.



«Üç nöqtə» qəzetindəki «Azərbaycanın 1 milyard 600 milyon dollar borcu var» başlıqlı məqalədə Rəşad Sadıqov yazır ki, hökumət bu vəsaitlərin uzun müddətə qaytarılmasına tərəfdardır. Məqalədə bildirilir ki, hazırda Azərbaycanın xarici mənbələrə olan bu borclarının qaytarılmasının digər yolları da düşünülür. Müəllif yazır ki, Azərbaycanın valyuta ehtiyatları bundan 900 milyon dollar artıqdır (2 milyard 500 milyon dollar). Bir çox ekspertlər hesab edirlər ki, bu borcların qısa vaxt ərzində qaytarılması mümkündür və vacibdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG