Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:20

Foto həvəskarları «Təbiətini təsvir et» müsabiqəsində iştirak edə bilərlər


Səs: Real audio
Həmmuruzəçi məsələnin ciddi müzakirəyə səbəb olacağını bildirir Müsabiqəni Sosial İqtisadi Araşdırmalar İctimai Birliyi Dünya Təbiəti Mühafizə Fondu ilə birgə keçirir. Birliyin sədri Azad Əliyevin sözlərinə görə, əsas məqsəd ictimaiyyətin diqqətini ətraf mühit və ekologiya problemlərinin həllinə cəlb etməkdir.



Azad Əliyev deyir ki, fotomüsabiqə başa çatdıqdan sonra seçilmiş əsərlər Bakı, Sumqayıt, Mingəçevir, Astara və Şəkidə təşkil olunacaq sərgilərdə nümayiş etdiriləcək. Bundan başqa qaliblərə pul mükafatları və sertifikatlar veriləcək:



- Hər nominasiya üzrə də mükafatlar və sertifikatlar nəzərdə tutulub. "Qran-Pri" 500 dollar məbləğindədir. Aprel-may aylarında Bakı, Sumqayıt, Mingəçevir, Astara və Şəkidə sərgilər keçiriləcək. Eləcə də ən yaxşı fotolardan ibarət kataloq dərc olunacaq.



Ən azı 15x21sm ölçüsündə olan rəngli və ağ-qara fotolar Sosial İqtisadi Araşdırmalar İctimai Birliyinə fevralın 28-dək təqdim olunmalıdır. Qalibləri yerli mütəxəssislər mart ayında müəyyənləşdirəcəklər.
XS
SM
MD
LG