Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:50

Jurnalistlərə yeni vəsiqələr paylanacaq


Səs: Real audio
Həmmuruzəçi məsələnin ciddi müzakirəyə səbəb olacağını bildirir Gələn ildən Mətbuat Şurası (MŞ) jurnalistlərə yeni vəsiqələr paylayacaq. Bu vəsiqələri əvvəlkilərdən qoruyucu nişanlar fərqləndirəcək. Qurumun sədri Əflatun Amaşov deyir ki, bundan əvvəl cəmi 800 jurnalistə xüsusi vəsiqəsi verilsə də, sonradan xeyli saxta kart peyda olub.



Cənab Amaşovun bildirdiyinə görə, MŞ Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasıyla birlikdə yeni əmək müqavilələri hazırlayıb. Yalnız həmin müqavilələr əsasında işə götürülən jurnalistlərə vəsiqələr paylanacaq.



Yeni vəsiqənin eskizi hazırdır və Bakıda nəşr olunacaq.



MŞ-nın hazırkı vəsiqələri Türkiyədə çap olunurdu.



Qurum jurnalistlərə xüsusi vəsiqələrin verilməsini iki səbəblə izah edir - birincisi, «reket jurnalistika»nın qarşısını almaq, ikincisi isə, jurnalistlərin müqavilə əsasında işə götürülməsinə nail olmaq.



jurnalistlərə xüsusi gödəkcələr də paylayıb. Məqsəd kütləvi aksiyalar zamanı onları qorumaq olsa da, təkcə bu il müxalifətin etiraz aksiyalarında xüsusi geyimdə olan bir neçə jurnalist fiziki təzyiqə məruz qalıb.
XS
SM
MD
LG