Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:06
Rubrikalar

Bakı Dairəvi Yolunun tikintisinə yanvarda başlanacaq


Səs: Real audio
Təhsil naziri Misir Mərdanov məsələni araşdıracağını deyir - «Nəqliyyat nazirliyi səhmdar cəmiyyətə çevrilməsə belə, Avropa Yenidənqurma və İnkişaf Bankı bu sahəyə kredit ayıracaq». Dekabrın 20-də nəqliyyat naziri Ziya Məmmədov belə bəyanatla çıxış edib.



O deyib ki, nazirliyin səhmdar cəmiyyətə çevrilməsi üçün uzun müddət lazımdır: "Biz dövlət proqramına da bu məsələləri daxil etmişik, amma bu işlərin reallaşması üçün zaman lazımdır"



Nazirin sözlərinə görə, prezident İlham Əliyev özü bu işə qarışıb və tapşırıqlarını verib.



- Nəqliyyat nazirinin verdiyi başqa bir məlumatda deyilir ki, Bakı Dairəvi Yolunun tikintisinə gələn ilin yanvarından başlanacaq. Ziya Məmmədov deyib ki, layihənin dəyərinin bundan sonra da artacağı gözlənilir. İndiyədək verilən məlumatlarda layihənin 60 milyon dollara başa gələcəyi bildirilirdi.



Yolun tikintisi Bakının nəqliyyat sistemini yaxşılaşdıracaq. O, istifadəyə veriləndən sonra tranzit avtomobillər paytaxta daxil olmayacaqlar və şimal-cənub istiqamətində hərəkət edəcəklər. Yolu uzunluğu 21.5 kilometr olacaq.



- İpoteka kreditlərinin verilməsi ilə bağlı hazırlıq işləri davam edir. Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev bildirib ki, artıq İpoteka Fondunun yaradılması ilə bağlı sənədlər hökumətə göndərilib.



- Dekabrın 20-də Azərbaycanın valyutadəyişmə məntəqələrində 1 dollar 4 592, 1 avro 5 516, 1 rus rublu isə 160 manata olub.
XS
SM
MD
LG