Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:55

ATƏT-in xüsusi missiyası Azərbaycanı tərk edib


Səs: Real audio
Təhsil naziri Misir Mərdanov məsələni araşdıracağını deyir ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) xüsusi missiyası dekabrın 20-də Azərbaycandan Gürcüstana yola düşüb.



Dekabrın 17-də Gəncəyə gələn missiya bölgədə bir sıra görüşlər keçirib. Onlar dekabrın 20-də Gəncə Hava Limanına, həmçinin bir neçə hotellərə baxıb, şəhər Dəmiryolu İdarəsində qapalı görüş keçiriblər. Missiya Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla da bir araya gəlib. Cənab Əzizov «Azadlıq»a müsahibəsində yalnız bunu bildirdi ki, görüşdə şəhərdəki yeniliklər barədə söhbət aparıblar.



YSPQ-nin zabitləri isə deyiblər ki, onların səfəri bölgəyə sülh gətimək istəyilə bağlıdır.



ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun xüsusi missiyası 8 il əvvəl də Azərbaycanda olub. Qrupun bölgəyə bu dəfəki səfəri Ermənistanla sərhəddə və cəbhə bölgələrində sülhməramlı qüvvələrin yerləşdirilməsiylə bağlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG