Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 00:59

Rusiyayla Azərbaycan arasında qazla bağlı danışıqlar başlayacaq


Səs: Real audio
Təhsil naziri Misir Mərdanov məsələni araşdıracağını deyir Rusiyayla Azərbaycan arasında 2006-cı il üçün qazın qiymətiylə bağlı danışıqlar çərşənbə günü Bakıda başlayacaq. Rusiyanın «Qazprom» şirkətinin satışla məşğul olan törəmə müəssisəsi – «Qazeksport»un nümayəndələri Azərbaycan hökumətiylə danışıqlar aparmaq üçün dekabrın 21-də Bakıya gələcəklər. Müəssisənin Bakıdakı nümayəndəsi Akif Həsənov belə deyir. Onun sözlərinə görə, danışıqların nəticəsindən asılı olaraq tərəflər arasında müqavilənin bağlanacağı gözlənilir. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev isə dekabrın 20-də bildirib ki, Azərbaycan tərəfi «Qazprom»un qiymətləri qaldırması ilə razı deyil və problem danışıqlarla həll ediləcək.



Ötən həftə «Qazprom»un saytında Azərbaycan tərəfi ilə qazın orta Avropa qiymətləri ilə alınması haqqında razılaşma olduğu bildirilmişdi. Azərbaycan 2005-ci il Rusiyadan 4.5-5 milyard kubmetr həcmində qaz alıb. Qazın hər min kubmetrinin qiyməti 62 dollar olub.
XS
SM
MD
LG