Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:07

Orta məktəblərdə gender təhsili


Səs: Real audio
Vəkil Aslan İsmayılov xarici ölkə səfirliklərinə müraciət edəcəyini deyir Gələn ildən bütün orta məktəb şagirdləri gender problemləri və onların aradan qaldırılması yollarına dair məlumatlar əldə edə biləcəklər.



Bu məqsədlə "Səlahiyyətli təhsil" qeyri-hökumət təşkilatı "Orta məktəblərdə gender təhsili" layihəsi çərçivəsində xüsusi proqram və tədris vəsaiti hazırlamağı nəzərdə tutub.



Təşkilatın regionlar üzrə koordinatoru Nizami Heydərinin sözlərinə görə, onların apardıqları araşdırmalar məktəblərdə gender balansının pozulduğunu aşkar edib. Bu da nəinki şagirdlərin öz aralarında, həm də şagirdlərlə müəllimlər arasında münasibətlərə mənfi təsir göstərir:



- Hal-hazırda məktəblərdə qadın müəllimlər üstünlük təşkil edir. Siniflərin təşkilində balans gözlənilmir, elə siniflər var ki, orada cəmi 5 oğlan var, qalanı qızdır və ya əksinə. Bu balansın pozulması onların tərbiyəsinə və münasibətlərinə mənfi təsir göstərir. İndi biz nə etmək istəyirik? Biz sadəcə yeni proqram və onun əsasında da dərs vəsaiti hazırlamaq və onlara dərs keçmək istəyirik. Biz elə etməliyik ki, mövcud problemin həllini biz yox, onlar özləri tapsınlar.



Nizami Heydəri deyir ki, genderlə bağlı dərs saatı rəsmi tədris planına salınmayıb. Ona görə də növbəti tədris ilində bu mövzu dərslərdən kənar məşğələ formasında şagirdlərə çatdırılacaq. Nəticə müsbət olarsa, gələcəkdə belə bir dərs saatının tədris planına salınması Təhsil Nazirliyi ilə razılıq əsasında mümkün ola bilər.
XS
SM
MD
LG