Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:04

<i>«Yeni Azərbaycan»</i>: «ADP-də parçalanma başladı»


Səs: Real audio
Vəkil Aslan İsmayılov xarici ölkə səfirliklərinə müraciət edəcəyini deyir «Yeni Azərbaycan» qəzetindəki «ADP-də parçalanma başladı» başlıqlı məqaləsində Aqşin yazır ki, bu, partiyanın tanınan simaları Aydın Quliyev və Sərdar Cəlaloğlunun münasibətlərində özünü açıq biruzə verir. Eyni prosesin AMİP-də də getdiyini qeyd edən müəllif baş verənlərdə müəyyən fərqli məqamın olduğunu da bildirir. Qeyd olunur ki, əgər AMİP-də əsas mübarizə partiya sədri ilə Siyasi Şura arasında gedirsə, ADP-də sədr müavinləri qırğına çıxıb. Digər partiya üzvləri isə, ümumiyyətlə, hər iki müavini qurumu dağıtmaqda ittiham edirlər.



Məqalədə bildirilir ki, sözügedən düşərgədə vəziyyət o qədər qəlizləşib ki, heç olayların iştirakçıları da nə baş verdiyini anlaya bilmir. Elə bu səbəbdən hamı bir-birini tənqid edir. Müəllif hesab edir ki, bu çoxdan gözlənilən hadisədir. Çünki bu gün Azərbaycan siyasi elitasında hamı bilir ki, ADP Rəsul Quliyevin maliyyəsi hesabına yaşayır. Onun pul axınının dayanacağı təqdirdə hamının bir-birinə düşmən olacağı, bu hadisələrdən isə həm də bütün müxalifətə pay düşəcəyi gözlənilən idi. İndi cərəyan edən hadisələr isə proqnozların özünü doğrultduğunu göstərir. Bir neçə gün bundan əvvəl ADP-nin sədr müavini Aydın Quliyev partiya sədri Rəsul Quliyevdən təlimat aldığını iddia edərək, Demokratik Azərbaycan Partiyasını yaratmaqla bağlı fəaliyyətə başlayıb. Bu isə Sərdar Cəlaloğlunu qəzəbləndirib. Qarşıdurma fonunda isə bütün tənqidlər sədr Rəsul Quliyevə yönəlib.



«Üç nöqtə» qəzetindəki «Gələn il Azərbaycanda dörd mobil rabitə şirkəti fəaliyyət göstərəcək» başlıqlı məqalədə Rəşad Sadıqov yazır ki, bunun nəticəsində qiymətlər ucuzlaşa bilər. Məqalədə bildirilir ki, Azərbaycanda iki şirkət Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə bir neçə aydır ki, müraciət edib. Şirkətlərdən biri Almaniyanın «Simens», iki Böyük Britaniya müəssisəsi və «Aztelekom» İstehsalat Birliyinin təsisçiliyi ilə yaradılıb. Digər şirkət isə «Katel» Azərbaycan-Amerika birgə müəssisəsidir. Sonuncu bazara yeni texnologiyalarla daxil olmaq niyyətindədir.



«Ayna»dakı «ATƏT Azərbaycan Ordusunu yoxlamağa başlayıb» sərlövhəli məqalədə Cəsur Məmmədov yazır ki, təşkilatın Yüksək Səviyyəli Planlaşdırma Qrupunun doqquz hərbi ekspertdən ibarət xüsusi missiyasının Azərbaycana səfəri münaqişə bölgəsində sülhməramlı qüvvələrin yerləşdirilməsi perspektivinin araşdırılması kimi digər məqsədlər də güdür. Bu barədə etibarlı mənbələrdən məlumat aldığını yazan müəllif onu da qeyd edir ki, əldə olunan bilgilərə görə, ATƏT-in hərbi ekspertləri Azərbaycanın hərbi xərclərinin artdığı bir dövrdə rəsmi Bakının Avropada adi silahlara dair Cinah Sazişinin müddəalarına necə əməl etməsini yerindəcə yoxlamaq niyyətindədirlər.



Müəllif yazır ki, bu səbəbdən onlar əsas etibarı ilə cəbhə bölgəsində olan bir sıra hərbi hissələrə baxış keçirirlər. Məqalədə qeyd olunur ki, sözügedən ekspertlərin Ermənistana da səfər edəcəkləri şübhəsizdir.
XS
SM
MD
LG