Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:06

ATƏT-in xüsusi missiyasının səfəri haqda ziddiyyətli məlumatlar verilir<p align=`left`><br><br>


Səs: Real audio
Vəkil Aslan İsmayılov xarici ölkə səfirliklərinə müraciət edəcəyini deyir ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) xüsusi missiyasının Azərbaycana səfəri barədə ziddiyyətli məlumatlar verilir. Xarici İşlər nazirinin müavini, prezidentin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Araz Əzimov dekabrın 19-da keçirdiyi brifinqdə deyib ki, onda olan məlumata görə, missiya artıq regionu tərk edib. «Azadlıq» radiosunun bölgə müxbiri isə ekspertlərin bazar ertəsi səhər Gəncədən Goranboya getdiyini bildirir. ANS TV onların səfərinin hələ davam etdiyini və ekspertlərin Tərtər, Ağdam, Ağcabədi və Beyləqan rayonlarında olduğunu, dekabrın 19-da Gəncəyə qayıdıb oradan Daşkəsənə gedəcəyini bildirir. Hərbi ekspertlərin bəzi yerli mehmanxana və yataqxana binalarına, yarımçıq tikililərə baş çəkməsi, ərazinin videoçəkilişini aparması barədə məlumatlar var.



ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupu 1996-cı ildə münaqişə tərəflərinin razılığından sonra sülhməramlı əməliyyat planlarının hazırlanması məqsədilə yaradılıb və indiyədək bir dəfə - 1997-ci ildə səfərdə olub. Qrup ATƏT və əsasən Minsk Qrupuna daxil olan ölkələri təmsil edən doqquz zabitdən ibarətdir.



Araz Əzimovun dediyinə görə, qrupun əsas vəzifəsi sülhməramlıların münaqişə zonasında yerləşməsi, planlaşdırılması, mümkün sülhyaratma əməliyyatının işlənməsi, beynəlxalq qüvvələrin tərtib edilməsi, sayının və keyfiyyətinin tərtibatı, əməliyyatların ümumi planının hazırlanması və digər təşkilati işlərdir.



Dekabrın 16-da Bakıda mətbuat konfransı keçirən ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlaykov bildirib ki, missiyanın səkkiz ildən sonra regiona gəlməsi təsadüfi deyil: «Missiyanın məqsədi sülhyaratma əməliyyatı planlarını təzələmək, yerləri öyrənməkdir. Əməliyyatın həyata keçirilməsi üçün üç variant mövcuddur. Bu, nəzəri bir işdir. Biz həmsədrlər heç də sizdə yüksək nikbinlik yaratmaq istəmirik, ancaq bu missiyanın səkkiz ildən sonra regiona gəlməsi öz-özlüyündə nəsə deyir».



Xarici İşlər nazirinin müavini Araz Əzimovun fikrincə, ATƏT missiyasının regiona səfəri münaqişənin həlli prosesində müşahidə edilən fəallaşmayla bağlıdır.



Cənab Əzimov bu ilin iyununda bildirib ki, YSPQ sülhməramlı qüvvələrin yerləşdirilməsinə dair dörd konsepsiya irəli sürüb - müşahidəçilərin yerləşməsi, irimiqyaslı əməliyyatın aparılması, tərksilah da daxil olmaqla və bütün regionun demilitarizasiyası. Bu konsepsiyaların seçimi tərəflərin razılığından asılı olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG