Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:53

İlham Əliyev Naxçıvanda enerji probleminin həll ediləcəyini deyir


Səs: Real audio
Təşkilatın yaydığı hesabata görə, Azərbaycan vətəndaşları hökuməti demokratik yolla dəyişə bilmirlər Dekabrın 19-da prezident İlham Əliyev ikigünlük səfərlə Naxçıvan Muxtar Respublikasına (NMR) gedib. Muxtar Respublika sakinləri saat 11:00-dan onu qarşılamağa çıxsalar da, dövlət başçısını gətirən təyyarə havanın həddən artıq dumanlı olması üzündən saat 14:00-da aeroporta enib.



Dövlət başçısı buradan birbaşa Diaqnostika Mərkəzinin təməlqoyma mərasiminə qatılıb. Cənab Əliyev mərasimdə çıxış edərək bildirib ki, bir ilə təhvil veriləcək mərkəzdə ən müasir tibbi avandanlıqlar quraşdırılacaq. Prezidentin sözlərinə görə, Naxçıvanda 10 ədəd modul tipli elektrik stansiyası quraşdırılacaq. Bu isə 90 meqavat enerji deməkdir.O, bəyan edib ki, Heydər Əliyev adına Su Anbarında tikilən Su Elektrik Stansiyası da istifadəyə verildikdən sonra, Naxçıvanda elektrik enerjisi problemi həll ediləcək.



Sonra İlham Əliyev NMR-dəki Hərbi Litseyə baş çəkib. O, burada orduya diqqətin artırıldığını, gələn il ölkə büdcəsindən hərbiyə 600 milyon dollar vəsaitin ayrıldığını bildirib. Prezident Dağlıq Qarabağ münaqişəsinə toxunaraq deyib ki, problemin sülh yolu ilə həllinə üstünlük verirlər. «Ancaq lazım gələrsə, münaqişənin həllində başqa vasitələrdən də istifadə edilə bilər» - deyə, o, vurğulayıb.



Prezident daha sonra Heydər Əliyev adına Su Anbarının və Şahbuz rayonunun Arıc kəndində inşa edilmiş orta məktəbin açılış mərasimində iştirak edib.



Dekabrın 20-də cənab Əliyevin Naxçıvanda İran İslam Respublikasının prezidenti Əhmədi-Nejatla görüşəcəyi və bir sıra müəssisələrə baş çəkəcəyi gözlənilir.
XS
SM
MD
LG