Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:42

Azərbaycanlı sahibkar İvanovo şəhər Dumasının deputatı seçilib


Səs: Real audio
Dekabrın 18-də "Azadlıq" bloku, Milli İstiqlal partiyası və Milli Birlik Hərəkatı Bakıda – metronun "Nərimanov" və "Elmlər Akademiyası" stansiyaları yaxınlığında icazəsiz aksiya keçirməyə cəhd edib "Qlobus"un bu dəfəki qonaqları:



- Rusiya Federasiya İvanovo şəhər Dumasına deputat seçilən Sərraf Məmmədov;



- Vaşinqtondakı Azərbaycan Mədəniyyət Ocağının nümayəndəsi Bədir Məmmədli;



- İspaniyanın Barselona şəhərində yaşayan Emil Əliyev;



- və Böyük Britaniyada oxuyan Ruslan Fərzəliyev.



- İvanovo şəhərində yaşayan azərbaycanlı sahibkar Sərraf Məmmədov dekabrın 4-də keçirilən seçkilərdə İvanovo şəhər Dumasının deputatı seçilib. Bir neçə ildir ki, şəhərdəki 2 nömrəli "Yük Avtonəqliyyatı Müəssisəsi" ASC-nin Direktorlar Şurasına rəhbərlik edən Sərraf Məmmədov həm də Ümumrusiya Azərbaycanlıları Konqresinin İvanovo regional şöbəsinin sədridir. Sərraf Məmmədov İvanovo vilayətində xeyriyyəçilik işləri ilə də tanınır.



- Növbəti qonağımız Amerikadakı Azərbaycan Mədəniyyət Ocağının üzvü Bədir Məmmədlidir. Bu günlərdə həmin cəmiyyətin təşəbbüsü ilə Vaşinqtonda "21 Azər" hərəkatı – İran Azərbaycanında milli hökumətin yaranmasının 60 illiyi ilə bağlı tədbir keçirilib.



- Növbəti həmsöhbətimiz – Emil Əliyev İspaniyanın Barselona şəhərində yaşayır. O, dörd il əvvəl Barselonaya magistraturada oxumağa gəlib. Turizm üzrə təhsilini başa çatdırdıqdan sonra bu şəhərdə işləməyə qalıb və elə burda da ailə qurub. Hazırda nəqliyyat şirkətində çalışır.



- "Qlobus"un axırıncı iştirakçısı Böyük Britaniyanın Sauthempton şəhərində təhsil alan Ruslan Fərzəliyevdir. Bu günlərdə radiomuzun elektron ünvanına məktub gəlib ki, ötən həftəsonu Londondakı Azərbaycanlı Gənclər Klubunun üzvləri Sauthemptonda yaşayan azərbaycanlılarla görüş keçiriblər. Görüşdə Böyük Britaniyada Azərbaycanla bağlı tədbirlərin keçirilməsi haqda məsələlər müzakirə olunub.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG