Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:00

Məcburi köçkünlərin sosial müdafiəsi gücləndiriləcək


Səs: Real audio
Dekabrın 18-də "Azadlıq" bloku, Milli İstiqlal partiyası və Milli Birlik Hərəkatı Bakıda – metronun "Nərimanov" və "Elmlər Akademiyası" stansiyaları yaxınlığında icazəsiz aksiya keçirməyə cəhd edib Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasının sədri Hadı Rəcəbli «AzərTAc»a bildirib ki, «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» qanuna dəyişiklik ediləcək.



Həmin dəyişikliyə görə, məcburi köçkünlər əmək qabiliyyətini müvəqqəti itirdikdə, Əmək Məcəlləsinin 74-cü maddəsinə uyğun olaraq onlara müavinət, iş stajından asılı olmayaraq, əmək haqqının tam həcmində ödəniləcək. Məcəllənin həmin maddəsində deyilir ki, ödənişin ilk 14 günü sahibkarın, qalan hissəsi isə Sosial Müdafiə Fondunun hesabına olacaq.



Cənab Rəcəblinin sözlərinə görə, bu dəyişiklik məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır.

Günün bütün mövzuları

XS
SM
MD
LG