Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:39

Bakı-Qars dəmiryolunun inşasına 250 milyon dollar sərf olunacaq


Səs: Real audio
Dekabrın 18-də "Azadlıq" bloku, Milli İstiqlal partiyası və Milli Birlik Hərəkatı Bakıda – metronun "Nərimanov" və "Elmlər Akademiyası" stansiyaları yaxınlığında icazəsiz aksiya keçirməyə cəhd edib Dövlət Dəmiryolunun Mətbuat Xidmətindən «AzərTAc»a bildiriblər ki, gələn ilin fevralında Azərbaycan, Gürcüstan və Türkiyə dəmiryolu idarələri rəhbərlərinin iştirakı ilə Bakı-Tbilisi-Axalkalaki-Qars dəmiryolu marşrutunun gercəkləşdirilməsi layihəsi çərçivəsində görüş keçiriləcək.



Layihədə 1 milyon ABŞ dolları məbləğində qiymətləndirilmiş texniki-iqtisadi əsaslandırmanı Türkiyə tərəfi öz üzərinə götürüb.



Dəmiryolunun inşa olunacaq hissəsinin uzunluğu 98 kilometrdir. Layihədən 200 milyon ABŞ dolları yolun Türkiyə ərazisindəki 68 kilometrlik, 50 milyon dollar isə Gürcüstan ərazisindəki 30 kilometrlik hissəsinin çəkilişinə sərf olunacaq.



Layihənin ümumi dəyəri 400 milyon ABŞ dollarıdır.
XS
SM
MD
LG