Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:41
Rubrikalar

Cənubi Qafqaz ölkələrinin konstitusion quruluşu


Səs: Real audio
Təşkilatın sıralamısına görə, Azərbaycan ötən ilə nisbətən beş pillə geriləyərək, 141-ci sıraya düşüb Keçmiş Sovet ölkələrində konstitusiyanın hardasa eyni modeli qəbul olunub. Güclü prezident hakimiyyəti, səlahiyyətləri çox məhdudlaşdırılmış parlament. Bu model siyasi və sosial tələblərə nə qədər cavab verir?



Gürcüstan parlamentinin Respublika partiyasından olan deputatı İvlian Xayndrava: – 1995-ci ildə qəbul olunan konstitusiya prezident konstitusiyası idi, amma sivil idi, tarazlıq vardı. Ancaq Saakaşvili gələndən sonra ilk gördüyü iş konstitusiyaya düzəliş edib həmin tarazlığı pozmaq oldu. Və biz eybəcər bir konstitusiya aldıq. Parlament əvvəlkindən xeyli zəif oldu. Prezident parlamenti bir neçə halda buraxmaq, sədrini təyin etmək, parlamentlə məsləhətləşməmək, onu "hədələmək" imkanı qazandı. Bu isə heç bir konstitusiya çərçivəsinə sığmır.



Azərbaycan prezidentinin keçmiş müşaviri, politoloq Rasim Musabəyov: – Əslində, parlament dialoqu, dil tapmaq zərurətini nəzərdə tutur. Heç kim dil tapmaq istəmir, hamı əmr etmək istəyir. Azərbaycanda isə parlamenti buraxmağa heç ehtiyac yoxdur. Prezident sadəcə parlamenti "təyin edir". Sonra isə bu orqan notariat kontoru kimi işləyir. Prezidentdən gələn qanunları möhürləməklə məşğuldur.



1991-98-ci illərdə Ermənistan parlamentinin vitse-spikeri Ara Saakyan: – Axı parlamenti hökumət təyin edirsə, parlamentin səlahiyyətlərinin az və ya çox olmağının nə fərqi? Ermənistan parlamentindəkilərin 90 faizi ölkənin ən iri oliqarxları, biznesmenləridir və onlar konstitusiyanın qadağan etdiyi sahibkarlıqla məşğuldurlar. Müstəqil parlament hakimiyyət üçün tikandır. Ona görə də ləğv olunur.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG