Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:26

Minsk Qrupu həmsədrlərinin son səfəri nə vəd edir?


Səs: Real audio
Təşkilatın sıralamısına görə, Azərbaycan ötən ilə nisbətən beş pillə geriləyərək, 141-ci sıraya düşüb «Panorama»nın bu şənbə qonağı keçmiş dövlət müşaviri Vəfa Quluzadədir.



Söhbətdə həmçinin «Gün səhər» qəzetindən Qurban Yaquboğlu, «Yeni Azərbaycan» qəzetindən isə Aqşin Şahinoğlu da iştirak edir.



ATƏT-in Minsk Qrupunun həmsədrləri bu həftə Azərbaycan və Ermənistanda səfərdə oldular. Bu dəfə «Panorama»da əsasən elə bu səfərin yekunu təhlil edilir.



Vəfa Quluzadə deyir ki, hazırda Qarabağ münaqişəsinin həlli bir növ dalana dirənib və ATƏT-in Minski Qrupu həmsədrlərinin təşəbüsü heç bir nəticə vermir. Vəfa Quluzadənin sözlərinə görə, Qarabağ münaqişəsinin həlli üçün ilk nöəvbədə regional münasibətlər həl edilməli, Rusiya Qafqazdan birdəfəlik getməlidir.



Keçmiş dövlət müşavirinin qənatinə görə, nə qədər ki, bu məsələlər həllini tapmayıb ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun regiona gəlişi də bir nəticə verməyəcək. Vəfa Quluzadə yada salır ki, 8 il əvvəl də məhz bu geopolitik amillər üzündən həmin missiyanın təşəbüsləri nəticə verməmişdi.



Keçmiş dövlət müşaviri qeyd edir ki, Azərbaycanda da çox ciddi siyasi-iqtisadi islahatlar aparılmalır. Korrupsiya aradan qaldırılmalıdır. Əks halda Azərbaycan şəraiti öz xeyrinə dəyişə bilməyəcək.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG