Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:51

Qara dəniz Ticarət və İnkişaf Bankının toplantısı Bakıda olacaq


Səs: Real audio
Müxalifət isə şəhərin mərkəzində mitinq keçirməkdə israrlıdır Prezident İlham Əliyevin dekabrın 17-də imzaladığı sərəncamla Qara dəniz Ticarət və İnkişaf Bankının səkkizinci illik toplantısı və Qara dəniz Biznes Forumunun Bakıda keçirilməsi qərara alınıb.



Sənədə əsasən Qara dəniz Ticarət və İnkişaf Bankının səkkizinci illik toplantısının 2006-cı il iyunun 11-də və Qara dəniz Biznes Forumunun iyunun 12-də Bakıda keçiriləcəyi nəzərə alınaraq, toplantının və forumun hazırlanmasını və keçirilməsini təmin etmək məqsədi ilə Təşkilat Komitəsi yaradılır.



Təşkilat Komitəsinə sədrlik İqtisadi İnkişaf naziri Heydər Babayevə tapşırılır. Qurumun sədr müavini Dövlət Neft Fondunun icraçı direktoru Samir Şərifov təyin olunur.



Sərəncama əsasən Təşkilat Komitəsi toplantının və forumun keçirilməsi ilə bağlı tədbirlər planı hazırlamalı və onun yerinə yetirilməsini təmin etməlidir.
XS
SM
MD
LG