Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:11

Gömrük Komitəsinin xarici ölkələrdə attaşeləri olacaq


Səs: Real audio
Bununla əlaqədar olaraq dövlət tabeçiliyində olan bir neçə orqan ləğv edilib Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin (DGK) xarici dövlətlərdəki nümayəndələrinin (gömrük attaşelərinin) təyin ediliməsi və onların fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən DGK-nin sədrinə prezidentlə razılaşdırmaqla, qurumun funksiyalarının həyata keçirilməsinin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edən dövlətlərdə nümayəndələri (gömrük attaşelərini) təyin etmək səlahiyyəti verilib.



Fərmana əsasən gömrük attaşeləri Azərbaycanın həmin xarici dövlətlərdəki səfirliklərinə, bu səfirliklərin strukturlarına və ştat cədvəllərinə daxil edilməməsi şərti ilə ezam olunurlar.



Sənəddə bildirilir ki, DGK-nin xarici dövlətlərdəki nümayəndələri komitəyə ayrılmış dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.



Nazirlər Kabineti və Xarici İşlər Nazirliyi öz səlahiyyətləri daxilində bu fərmandan irəli gələn məsələləri həll etməlidirlər.
XS
SM
MD
LG