Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:01

<i>«Ayna»</i>: «Kadr dəyişiklikləri aramla, amma genişlənən miqyasda davam edəcək»


Səs: Real audio
Bununla əlaqədar olaraq dövlət tabeçiliyində olan bir neçə orqan ləğv edilib «Yeni Azərbaycan» qəzetindəki «Ermənistan mərhələli həlli seçir» başlıqlı məqalədə Azər Mənsimli yazır ki, nüfuzlu erməni politoloqları rəsmi Yerevanın başqa bir variantının olmadığını bildirirlər. Müəllif yazır ki, ilin sonuna yaxın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində diplomatik fəallığın artdığı açıq-aşkar müşahidə olunmaqdadır. Bu isə 2006-cı ilin münaqişənin həlli prosesində ciddi dönüş yaradacağına inamı daha da artırır.



Məqalədə bildirilir ki, münaqişəyə dair fikirlərində Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyan da optimistdir. O, vasitəçilərlə Yerevanda keçirdiyi görüşdən sonra mediaya açıqlamasında bildirib ki, rəsmi Yerevan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında yeni təklif və variantları nəzərdən keçirir. Yazıda vurğulanır ki, Ermənistanın yeganə strateji müttəfiqi Rusiyanın Cənubi Qafqazdakı mövqeləri zəifləyib, bölgədə ABŞ və Avropa Birliyi kimi yeni oyunçular hədsiz dərəcədə fəallaşıb. Belə şəraitdə Dağlıq Qarabağ münaqişəsinin çözülməmiş qalması nə Vaşinqtona, nə də Brüsselə sərf etmir.



«Ayna» qəzetindəki «İlham Əliyev özünün hakimiyyət piramidasını qurur» başlıqlı məqalədə Zaur yazır ki, hakimiyyətə yaxın olan yeni seçilmiş millət vəkili adının anonim qalması şərti ilə fikirlərini qəzetlə bölüşüb. Məqalədə bildirilir ki, həmin şəxs deyib ki, artıq prezidentin məhz özünün seçdiyi kadrlardan ibarət komanda yaratmasına ciddi bir əngəl yoxdur. İndi məmurlar daha ehtiyatlı və sözəbaxan olmağa məcburdurlar. Müəllif yazır ki, dəyişikliklər aramla, amma genişlənən miqyasda davam edəcək.



Kadr dəyişikliyi ilə bağlı ən diqqətçəkən məlumat Baş nazirin əvəzlənməsi ilə bağlıdır. Siyasi kluarlardakı etibarlı mənbələrdən məlumat əldə edən müəllif yazır ki, artıq bu barədə müyyən konkretləşmiş fikir olduğuna dair məlumatlar var. İndiki Baş nazir Artur Rəsizadənin yerini Gənclər, İdman və Turizm naziri Əbülfəz Qarayevin tutacağı bildirilir. Bakı merinin, Təhsil nazirinin, BDU-nun rektorunun, metropoliten rəisinin, «Azərenerji» və «Azəriqaz» rəhbərlərinin də dəyişdiriləcəyi gözlənilir.
XS
SM
MD
LG