Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:38

Dövlət yardımını kasıb necə alsın?


Səs: Real audio
Bununla əlaqədar olaraq dövlət tabeçiliyində olan bir neçə orqan ləğv edilib "Azərbaycanda nə qədər kasıb var" soruşanda, iqtidarla müxalifət arasında mübahisə düşür. Yanvarın 1-dən qüvvəyə minən qanun isə sözü birbaşa kasıbın özünə verir. Deyir ki, əgər özünü kasıb hesab edirsənsə, sübut et və dövlətdən ünvanlı yardım al.



Sübut məsələsində isə yenilik odur ki, qanun həm də vətəndaşın sözünə inama əsaslanır. Ancaq hökumət o qədər sadəlövh deyil ki, elə bircə sözə inansın. Polislə birlikdə gəlib yoxlaya bilərlər. Hətta az qala, bişən qazanın içinə baxa bilərlər ki, bu kasıb necə dolanır.



Beləliklə, bugünkü söhbətimizin mövzusu ünvanlı dövlət yardımı haqda qanundur. Daha ətraflı isə qonaqlarımız danışacaq:



- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ünvanlı sosial yardım sektorunun rəhbəri Vəfa Mütəllimova;



- İqtisad Universitetinin dossenti Qubad İbadoğlu



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG