Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:04

Həmsədrlər əvvəlkindən nikbindirlər<p align=`left`><br><br>


Səs: Real audio
Beynəlxalq vasitəçilər Yerevanda olduğu kimi Bakıda da nikbin bəyanatlar verdilər 2006-cı il Dağlıq Qarabağ münaqişəsinin həllində irəliyə atılan bir addım olacaq.



Bunu Bakıda səfərdə olan Dağlığ Qarabağ üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri – amerikalı Stiven Mann, fransalı Bernar Fasye və rusiyalı Yuri Merzlyakov dekabrın 16-da keçirdikləri mətbuat konfransında söylədilər.



Həmsədrlərin dediyinə görə, onlar Lyublyanada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin başladıqları müzakirəni hər iki ölkənin xarici işlər nazirləri və prezidentlərilə davam etdiriblər. Amma onlar danışıqların təfərrüatına varmadılar. Dedilər ki, bu məxfi saxlanılır.



"Sizə elə gəlmirmi ki, Siz hər ilin sonunda əsassız nikbin bəyanatlar səsləndirirsiniz" sualına cavabında həmsədrlər dedilər ki, indi verdikləri bəyanatlar əvvəlkilərindən fərqlənir. Yəni hər dəfə verilən bəyanatların bir sətraltı mənası olur.



Vasitəçilər onu da bildirdilər ki, Azərbaycan və Ermənistan prezidentlərinin yaxın zamanlarda görüşməsi yönündə danışıqlar gedir. Və mümkündür ki, yanvarın sonlarında – fevralın əvvəllərində belə görüş keçirilsin. Amma konkret vaxt məlum deyil.



Minsk qrupunun həmsədrləri Bakıda Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Səfir Əbiyev danışıqlar aparıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG