Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:48

Avropa İttifaqı ilə müzakirələr davam edir


Səs: Real audio
Növbəti danışıqlar 2006-cı ilin ilk aylarında Brüsseldə olacaq Dekabrın 16-da Bakıda Avropa Birliyinin «Yeni qonşuluq siyasəti»nə dair müzakirələr davam edib.



Azərbaycan Xarici İşlər Nazirliyinin şöbə müdiri Tahir Tağızadə bununla bağlı «Azadlıq» radiosuna açıqlamasında bildirib ki, müzakirələrin keçirilməsində məqsəd əməkdaşlıq sahələrinin müəyyənləşməsi və konkret planların hazırlanmasıdır.



İndilik danışıqlar bir neçə mərhələdə keçirilir. Tahir Tağızadə bildirir ki, iqtisadidiyyat, nəqliyyat və xarici siyasət sahələrinə dair müzakirələrdə Azərbaycandan olan nümayəndə heyətlərinə iqtisadi inkişaf, nəqliyyat və xarici işlər nazirlərinin müavinləri – Mahmud Məmmədquliyev, Mikayıl Cabbarov və Musa Pənahov rəhbərlik edib.



Bir neçə gün əvvəl "Yeni qonşuluq siyasətin"ə dair müzakirələr aparmaq üçün Avropa Birliyi Azərbaycana öz nümayəndələrini göndərmişdi. Dekabrın 13-də isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mövzu ilə bağlı Brüsseldə keçirilən müzakirələrə qatılmışdı.



Dekabrın 16-da Bakıda keçirilən görüş Avropa Birliyi – Azərbaycan münasibətlərini müzakirə etmək üçün sayca üçüncü toplantıdır. Danışıqlar 2006-cı ilin ilk aylarında Brüsseldə davam etdiriləcək.
XS
SM
MD
LG