Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:06
Rubrikalar

Naxçıvanda İran qazının tədarükü ilə bağlı rəsmi mərasim keçiriləcək


Səs: Real audio
Həmsədrlər 2006-cı ilin «fürsət ili» olduğunu bildirirlər - Dekabrın 22-də Naxçıvan Muxtar Respublikasında İran qazının tədarükünün başlanması ilə bağlı rəsmi mərasimin keçirilməsi nəzərdə tutulub. Bu barədə "Trend" informasiya agentliyinə Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov məlumat verib.



Səfirin sözlərinə görə, tədbirdə Azərbaycan və İran prezidentlərinin iştirakı planlaşdırılıb.



İran qazının Naxçıvana tədarük olunmasına noyabrın 3-dən başlanılıb. Bu, son 15 ildə Muxtar Respublikaya ilk yanacaq tədarüküdür. İndi Naxçıvan və Culfa şəhərləri yanacaq alır. Naxçıvanın digər yaşayış məntəqələri də mərhələli şəkildə qaz alacaqlar.



- Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı danışıqların ikinci mərhələsi 2006-cı ilin fevral-mart aylarında keçiriləcək. Bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.



- Milli Bankdan dekabrın 16-da verilən məlumata görə, 1 dollar 4 591, 1 avro 5 506, 1 rus rublu isə 160 manatdır.
XS
SM
MD
LG