Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:57

9-cu sinif şagirdlərinin məntiqi bilikləri yoxlanacaq


Səs: Real audio
Həmsədrlər 2006-cı ilin «fürsət ili» olduğunu bildirirlər Təhsil naziri gələn ilin aprel-mart aylarında 9-cu sinif şagirdlərinin məntiqi biliklərini yoxlamağı planlaşdırır. Bu məqsədlə şagird biliyinin qiymətləndirilməsi üzrə ixtisaslaşmış PISA təşkilatı Azərbaycana dəvət olunub. Bunu nazir Misir Mərdanov deyir?



- 2006-cı ilin aprel-mart aylarında bu iş gedəcək və bizdə 15 yaşına çatmış şagirdlərin imtahan məsələsinə ciddi hazırlıq gedir.



İlkin razılaşmaya görə, təşkilat bir neçə rayonda 15 yaşlı şagirdlər arasında sorğular keçirəcək. Sorğularda bütün suallar şagirdin təhsil müddətində, yəni 6 yaşından 15 yaşınadək yiyələndiyi bilikləri həyatda tətbiq edə bilib-bilməyəcəyinə əsaslanır.



Dünyanın əksər ölkələrində PISA təşkilatının keçirdiyi belə sorğular ölkənin ümumi təhsil səviyyəsini müəyyənləşdirir. Misir Mərdanov belə sorğuların keçirilməsini vacib hesab etsə də, nəticələrin yüksək olacağını gözləmir.



- Biz gözləyirik ki, orda bizim faizimiz çox yüksək olmayacaq. Çünki bizdə işlər daha çox başqa istiqamətdə gedir. Ona görə faiz bir az aşağı olsa da, biz ondan qorxmayacayıq.



UNESCO-nun bir il ərzində Azərbaycanda həyata keçirdiyi "İnkluziv" –sağlamlıq imkanı məhdud uşaqların sağlam uşaqlarla birgə təhsil və tərbiyə prosesinə cəlb olunması layihəsi isə gələn il də davam etdirilə bilər.



Qurumun Azərbaycanda olan nümayəndələri deyir ki, Təhsil Nazirliyindən təklif gələrsə, layihəni davam etdirmək mümkündür. Nazir Misir Mərdanov isə Azərbaycan tərəfinin layihəni davam etdirməkdə maraqlı olduğunu deyir. Nazirin sözlərinə görə, bu məsələyə gələn ilin aprel-may aylarında keçiriləcək konfransda baxılacaq.
XS
SM
MD
LG