Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:57

Bazarın bayramı


Səs: Real audio
Həmsədrlər 2006-cı ilin «fürsət ili» olduğunu bildirirlər «Bahalaşma bir 10 gün olar ki, başlayıb. Soğanın topdan satış qiyməti 2500 manatdır, mən məcburam gətirib 3 min manata satım»



Satıcı xanım bahalaşmanı bütün bu malların bir və ya bir neçə nəfərin əlində cəmləşməsi ilə izah edir: "Bu, bir adamın əlindədir. Biz gətirmirik ki, bunu. Biz alıb satırıq".



"Turan" informasiya agentliyinin iqtisarçı eksperti Samir Nemanoğlu hesab edir ki, bazarlarda bahalaşma heç də satıcının dediyi kimi, yalnız öz-özünə və ya inhisarçılıqla bağlı yaranmır. Bu, az da olsa tələblə bağlıdır. Azərbaycanda meyvə-tərəvəzin bahalaşmasının bir səbəbi də bu məhsuların Azərbaycandan Gürcüstan, Rusiya, Ukrayna və digər MDB ölkələrinə aparılmasıyla da bağlıdır.



Ayda bir neçə dəfə bazara gəldiyini deyən Bakı sakini Fərqanə Salmanovaya görə, bu ay ilk dəfə dekabrın əvvəlində bazarda olub və indi ikinci dəfədir gəlir. O, 10-15 gün əvvəllə müqayisədə indi qiymətlərdə elə bir fərq görməyib.



Elə bazarda ət satan Vüqar Zamanov da deyir ki, ilin əvvəlində ətin qiyməti necə idisə, indi də həmin qiymətədir: "19 minə alıb 20-21 minə satırıq. Yaydan elə belədir".



Amma bazarda pendir və yumurta satan Rəna Qasımova deyir ki, kənd yumurtasında xeyli bahalaşma var: "Hardasa 100 manat fərq var. Bayrama görə bahadır. Əvvəl 300-400-ə götürürdük. Amma indi kənddən gətirirlər 500-600-ə. Biz də satırıq 700-ə".



Azərbaycanda bütün sahələrdə qiymət artımının müşahidə olunduğunu deyən iqtisadçı ekspert Samir Nemanoğluna görə, artım getdikcə davam edəcək. O hesab edir ki, qiymət artımı daha çox neft pullarının ölkəyə axınıyla bağlı olacaq.



Dövlət Statistika Komitəsinin məlumatına görə, noyabrda respublikada istehlak mallarının qiymətləri və xidmət tariflərinin səviyyəsi oktyabrla müqayisədə 1.1 faiz artıb. Noyabrda ən çox qiymət artımı isə ərzaq məhsullarında qeydə alınıb. Bu il qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 9.9 faiz bahalaşıb. Ərzaq məhsulları üzrə qiymət artımı isə 11.1 faiz olub.
XS
SM
MD
LG