Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:54

Türkiyə Universitetləri Sərgisi


Səs: Real audio
MTN-in İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Arif Babayev həbs edilən sabiqlərin həkim nəzarətində olduğunu deyir Türkiyədə təhsil almaq istəyən gənclər Türkiyə universitetləri və onlara qəbul şərtləri ilə Türkiyə Universitetləri Sərgisində tanış ola bilərlər.



Dekabrın 16-dan 18-dək Atatürk Mərkəzində nümayiş olunan sərgidə 10-dan çox dövlət və özəl universitetlər barədə məlumat əldə etmək olar. Mərkəzin rəhbəri Nizami Cəfərovun sözlərinə görə, müraciət edənlərə məsləhət vermək məqsədilə sərgidə hər ali məktəbdən mütəxəssislər də iştirak edirlər. Hər universitetlə bağlı məlumat kitabçaları isə pulsuz paylanır:



- Nəzərdə tutulub ki, azərbaycanlı gənclər Türkiyə universitetləri ilə, ordakı ixtisaslarla, qəbul qaydaları ilə tanış olsunlar. Bir neçə gün ərzində kim istəsə gəlib maraqlana bilər. Burda mütəxəssislər də əyləşiblər, hər məsələylə bağlı onlara məsləhət verə bilərlər.



Türkiyə universitetlərinə qəbul imtahanı Bakıda 2006-cı il aprelin 16-da keçiriləcək. Hər bir tələbə seçdiyi universitetə sənədlərini martın 10-dək təqdim etməlidir.



Sərginin açılış mərasimində iştirak edən təhsil naziri Misir Mərdanov da ölkələr arasında tələbə mübadiləsinin təhsilə müsbət təsir göstərdiyini bildirib. Türkiyə universitetlərinin belə sərgisi isə Azərbaycanda artıq ikinci dəfədir ki, təşkil olunub. İlk belə sərgi elə bu ilin martında keçirilib.
XS
SM
MD
LG