Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:16

«Azpetrol»un sabiq prezidenti haqda qətimkan tədbiri iki ay uzadılıb


Səs: Real audio
MTN-in İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Arif Babayev həbs edilən sabiqlərin həkim nəzarətində olduğunu deyir «Azpetrol» Şirkətinin sabiq prezidenti Rafiq Əliyevin barəsində həbs-qətimkan tədbirinin daha iki ay uzadılmasına dair qərar qəbul edilib. Qərarda buna səbəb kimi istintaq və araşdırmalar üçün daha çox vaxt tələb olunduğu bildirilir. Amma keçmiş prezidentin vəkili Rafiq Quliyevin sözlərinə görə, R.Əliyev saxlanandan sonra 48 saat ərzində bir dəfə şübhəli, bir dəfə də təqsirləndirilən şəxs qismində dindirilib. Bundan sonra onunla bağlı hər hansı istintaq hərəkəti aparılmayıb.



Rafiq Əliyev bu il oktyabrın 19-da Heydər Əliyev adına Bakı Hava Limanında həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 206.1 maddəsilə (qaçaqmalçılıq) ittiham irəli sürülüb. Həmin gün onun qardaşı, keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev də həbs olunub. O, hakimiyyətin zorla ələ keçirilməsinə cəhddə ittiham olunur.



Eyni ittihamla həbs edilən sabiq Maliyyə naziri Fikrət Yusifovun da həbs müddəti daha iki ay uzadılıb. Onun da saxlanma vaxtının uzadılmasını istintaq araşdırmalarının çox vaxt tələb etməsi ilə izah edirlər. Sabiq nazirin səhhətində problemlər olduğu və cərrahi müdaxiləyə ehtiyac yarandığı ilə bağlı məlumatı isə yerli mətbuata qardaşı İlham Yusifov verib. Adıgedənlərin hər üçü, o cümlədən sabiq Səhiyyə naziri Əli İnsanov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təcridxanasında saxlanılır.



MTN-in İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Arif Babayev Fikrət Yusifovla Rafiq Əliyevin həbsdə saxlanma müddətinin uzadılmasıyla bağlı nazirlikdə məlumat olmadığını deyir. Onun sözlərinə görə, Fikrət Yusifov və səhhətində problemlər yaranması barədə mətbuatda məlumatlar gedən Əli İnsanovun saxlanma şəraitində heç bir problem yoxdur.



Cənab Babayev bildirir ki, istintaq altında olanların hamısı həm də ciddi həkim nəzarətindədirlər.
XS
SM
MD
LG