Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:08

Ekologiya Nazirliyi quş ovuna qadağanın götürülməsini istəyir


Səs: Real audio
Bakıya növbəti missiya göndəriləcək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat Xidmətinin rəhbəri Gülşən Hüseynovanın verdiyi məlumata görə, nazirlik «quş qripi» xəstəliyi ilə bağlı qoyulan qadağanın aradan qaldırılması üçün Dövlət Baytarlıq Xidmətinə (DBX) müraciət edib. O, bildirir ki, müraciət hələlik müzakirə olunur, nazirliyə bir neçə gündən sonra cavab veriləcəyi gözlənilir.



ETSN DBX-nin müraciətinə əsasən noyabrın 11-də monitorinq aparıldığı üçün quş ovuna qadağının daha bir ay - dekabrın ortalarına kimi uzadılmasına qərar vermişdi. Xanım Hüseynova deyir ki, artıq bu qadağanın davam etməsi üçün ciddi əsaslar yoxdur.



Gülşən Hüseynova bildirir ki, qadağa qərarının qüvvədə qalıb - qalmayacağı DBX-nin rəyindən asılı olacaq.



«Quş qripi» ilə bağlı aparılan müxtəlif monitorinqlər bu xəstəliyin Azərbaycanda olmadığını göstərib.
XS
SM
MD
LG