Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:41
Rubrikalar

Qanunsuz kürü ticarəti çiçəklənir


Səs: Real audio
Onlar Turan Əliyevin BDU-ya bərpa olunmasını və siyasi təqiblərə son qoyulmasını tələb edirlər - Prezident İlham Əliyev Beynəlxalq Valyuta Fondunun [BVF] nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Fondun Yaxın Şərq və Mərkəzi Asiya üzrə Departament direktorunun müavini Culian Berenqaut başçılıq edir. Prezident İlham Əliyev qeyd edib ki, yaxın illərdə Azərbaycana böyük maliyyə vəsaitlərinin daxil olacağını nəzərə alaraq Azərbaycan dünyanın aparıcı maliyyə qurumları, o cümlədən BVF ilə əməkdaşlığa böyük əhəmiyyət verir.



- Avropada kürünün qanunsuz satışı bəzi nərə növlərinin kökünü kəsir. Bu xəbərdarlıqla Ümumdünya Təbiət Fondu və Britaniyada yerləşən TRAFFIC qrupları çıxış edib. Həmin qruplar bildirir ki, ötən beş ildə Avropada 12 tonadək qanunsuz kürü tutulub, bundan həcmcə çox qaçaqmal nərə yumurtası isə küçələrdə və restoranlarda satılıb. Qruplar həmçinin bildirir ki, qanunsuz kürü ticarəti onu istehsal edən ölkələrdə də çiçəklənir. Məsələn, Rusiyanın adı çəkilir.



- Moldova parlamenti bu ölkədə müvəqqəti işləyən Azərbaycan vətəndaşları və Azərbaycanda müvəqqəti çalışan Moldova vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsiylə bağlı hökumətlərarası müqaviləni ratifikasiya edib. Bu müqavilə əmək miqrantlarının müdafiəsi mexanizmini, onların ölkədən çıxış və giriş şərtlərini, işverənlərin məsuliyyətini müəyyənləşdirir.



- Vergilər Nazirliyi «Azpetrol» Şirkətlər Qrupunu və Ədliyyə Nazirliyini məhkəməyə verib. Vergilər Nazirliyindəki mənbədən "APA"ya bildiriblər ki, buna səbəb nazirliyin «Azpetrol»da apardığı yoxlamalar zamanı bir sıra qanunsuzluqların aşkarlanmasıdır.



- Milli Bankdan verilən məlumata görə, dekabrın 15-də 1 dollar 4 592, 1 avro 5 517, 1 rus rublu isə 160 manat olub.
XS
SM
MD
LG