Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:08

<i>«Bakı-Xəbər»</i>: «Azadlıq» bloku parlamentə getsin, getməsin?»


Səs: Real audio
Dekabrın 14-də günün ikinci yarısı Tovuz şəhərinin bir qrup sakini Bakı-Qazax magistral yolunu bağlayıb «Xalq Cəbhəsi» qəzetində «Yekun protokollara imza atmayanların mövqeyi dəyişib» başlıqlı məqalədə Tahirə Qafarlı yazır ki, parlament seçkisində qələbə qazanan millət vəkillərinə ötən iclasda mandatlar verildi. Maraqlı cəhət burasındadır ki, nəticələrə qarşı radikal çıxışlar edən və protokollara imza atmayan MSK-dakı müxalifət nümayəndələri də həmin iclaslara qatıldılar.



Qurum üzvü Mənsum Bayramov bunu belə izah edib ki, iclasda iştirak etmək vacib idi. Cənab Bayramov onu da deyib ki, ola bilər, təkrar seçkilə bağlı müxalifətin mövqeyi dəyişsin. Ona görə də MSK-da olmaq məqbul sayılmalıdır. Qurumun digər üzvü Ənvər Əliyev isə mövqeyini «mən heç də 125 dairənin hamısında seçkinin əleyhinə çıxmamışam» deməklə ortaya qoyub.



«Yeni Azərbaycan» qəzetindəki «Müsavat AMİP-ə düşmən mövqeyi bəsləyir» başlıqlı məqalədə Aqşin Şahinoğlu yazır ki, başqan İsa Qəmbər Əli Əliyevin «Azadlıq» blokuna üzv olmasına razılaşmaqla partiyanı dağıtmaq məqsədi güdür. Müəllif yazır ki, müxalifətin ümumi birliyinin nəticəsizliyindən doğan ziddiyyətlər ayrı-ayrı siyasi dairələrdə yeni ideyalarla müşayiət olunur. Bu zaman ilk olaraq siyasilərin keçmişdə aralarında mövcud olmuş mübahisələr yada düşür. Hər halda son dövrdə AMİP daxilində baş verən qalmaqallardan çoxları xəbərdardır. Müəllif yazır ki, ortada olan yeganə fakt ondan ibarətdir ki, işlər sözün həqiqi mənasında dolaşıqdır.



«Bakı-Xəbər» qəzetindəki «Azadlıq» bloku parlamentə getsin, getməsin?» başlıqlı məqalədə Pünhan yazır ki, saxta parlamentin ilk iclasından sonra mandatı rəsmən təsdiqlənmiş «Azadlıq» blokundan olan deputatların parlamentə gedib-getməyəcəyi məsələsi cəmiyyətdə, siyasi dairələrdə, xüsusilə də mətbuatda geniş müzakirə mövzusuna çevrilib.



Məqalədə bildirilir ki, Konstitusiya Məhkəməsinin nəticələri təsdiqləməsindən sonra «Azadlıq» bloku saxta parlamentdə oturmayacağı haqda qərar versə də, seçkisonrası mühit Milli Məclisə gedib-getməmək məsələsini yenidən aktuallaşdırıb. Hələlik blok rəhbərliyi son münasibətini açıqlamağa tələsmir. Amma ekspertlər belə hesab edirlər ki, «Azadlıq» blokunun parlamentin iclaslarına qatılmaq məsələsini indidən müzakirəyə çıxarması taktiki yanlışlıq olardı. Ən azından blok Avropa Şurası və ATƏT-in seçki ilə bağlı yekun rəyindən sonra ölkədə yaranacaq vəziyyətə və öz potensialına görə iradəsini ortaya qoymalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG