Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:04

Sakinlər Bakı-Qazax yolunu bağladılar


Səs: Real audio
Dekabrın 14-də günün ikinci yarısı Tovuz şəhərinin bir qrup sakini Bakı-Qazax magistral yolunu bağlayıb Evlərdə elektrik sayğaclarının qoyulduğunu söyləyən sakinlər mənzillərinin qazla təmin olunmasını da tələb edirlər.



"Əvvllər hər işi elektriklə görmək olurdu. İndi sayğaclar qurulduğu üçün bu, bizə baha başa gəlir. Hər işi elektriklə görəndə işıqpulunu ödəyə bilmirik".



Bunu aksiya iştirakçılarından biri – Qəzənfər Nəcəfov "Azadlıq" radiosunun müxbirinə deyib. O, həmçinin bildirir ki, polis işçiləri ilə aksiya iştirakçıları arasında mübahisə də olub.



Müsahibimiz deyir ki, aksiyanın siyasi yox, sosial tələblərlə bağlı olduğunu biləndən sonra sakinlərə rayon icra başçısı və qaz idarəsinin rəhbərləri ilə görüşmək üçün şərait yaradılıb.



Qəzənfər Nəcəfov bildirir ki, rayon rəhbərliyi sakinlərin mənzillərini uzağı iki günə mavi yanacaqla təmin etməyə söz verib.



Baş verənlərlə bağlı Tovuz Polis İdarəsinin növbətçi hissəsindən aldığımız məlumata görə, aksiya icazəsiz keçirildiyi üçün dağıdılıb. Buna baxmayaraq, polis sakinlərin tələblərinə əməl olunmasıyla bağlı görüşlərin keçirilməsinə şərait yaradıb.
XS
SM
MD
LG