Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:57
Rubrikalar

«Bayva»nın yerini başqa şirkət tuta bilər


Səs: Real audio
Təkrar seçkidə iştirak etmək üçün hələlik heç kim müraciət etməyib - Dekabrın ikinci yarısında prezident İlham Əliyevin Naxçivan Muxtar Respublikasına səfəri planlaşdırılıb. Muxtar Respublikadan verilən məlumata görə, prezident Naxçivanda «Gənclik» mərkəzinin, Şahbuz rayonunda isə kitab evinin və "Vayxır" su anbarının açılışında iştirak edəcək. Eləcə də dövlət başçısının Kəngərli rayonunun Şahtaxtı kəndində regional qaz idarəsinin açılışında iştirak edəcəyi də gözlənilir.



- Azərbaycanın Beynəlxalq Valyuta Fondunun [BVF] kreditlərindən imtina etməsinə baxmayaraq, fond ölkədəki bəzi layihələrin maliyyələşdirilməsində iştirak edə bilər. Nazirlər Kabinetinin maliyyə kredit şöbəsinin müdiri Oqtay Haqverdiyev "Azəri Press" agentliyinə bildirib ki, BVF gələn il Azərbaycana qrant şəklində yardım ayıracaq.



Cənab Haqverdiyevin sözlərinə görə, BVF indiyə qədər Azərbaycana 400 milyon dollardan çox kredit ayırıb. Həmin kreditlər əsasən struktur islahatlarına yönəlib.



- Hökumətlə müqaviləsi ləğv edilən "Bayva"nın yerini Azərbaycanda istənilən başqa kompaniya tuta bilər.



"Azərenerji" Səhmidar Cəmiyyətinin vitse-prezidenti Marlen Əskərovun "APA" agentliyinə bildirdiyinə görə, artıq bir neçə kompaniya müvafiq təkliflə hökumətə müraciət edib. Onun sözlərinə görə, bu məsələ hazırda hökumətdə müzakirə olunur. Konkret qərar qəbul edilənə qədər isə bu şəbəkəni "Azərenerji" idarə edəcək.



- Dekabrın 14-ə olan məlumata görə, Milli Bankda 1 dollar 4 592, 1 avro 5 517, 1 rubl isə 160 manatdır.
XS
SM
MD
LG