Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:26

MSK təkrar seçki üzrə təqvim planını təsdiqlədi


Səs: Real audio
Təkrar seçkidə iştirak etmək üçün hələlik heç kim müraciət etməyib Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 14-də keçirilən toplantısında ləğv eldilmiş dairələrdə təkrar seçkinin keçirilməsi üzrə təqvim planı təsdiqlənib. Bu barədə məlumatı qurumun Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev verdi.



Cənab Sarıyev deyir ki, qanuna əsasən prezident təkrar seçkinin keçirilməsinə dair sərəcamı imzalayanadan sonra seçkiyə qatılmaq istəyən namizədlər sənədlərini qeydə alınmaq üçün MSK-ya təqdim etməlidirlər. Amma o, bildirir ki, sözügedən sərəncam dekabrın 9-da imzalansa da, qeydiyyatdan keçmək üçün müraciət edən olmayıb.



Sərəncama görə, ləğv edilmiş dairələrdə təkrar seçki gələn il mayın 13-də keçiriləcək. MSK-nın rəsmisi deyir ki, təbliğat kampaniyası seçki gününə 60 gün qalmış başlayıb, səsvermə gününə 24 qalmış dayandırılacaq.



MSK parlament seçkisi üzrə dörd, Konstitusiya Məhkəməsi isə altı dairədə nəticələri ləğv edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG