Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:37

İmişli pambığa tövbə edir


Səs: Real audio
«bp - Azərbaycan» Şirkətinin rəhbəri azərbaycanlı işçilərin tələblərinin müəyyən hissəsini əsaslı sayır Bu il pambıq gözlənilmədən 1300 manata düşüb



İmişli Azərbaycanın adi aran rayonlarından biridir. Azərbaycanın aran rayonlarını bir-birindən fərqləndirmək çox çətindir. Eyni quruluşlu evlər, göz işlədikcə uzanıb gedən qamışlı ərazilər və bu ərazilərə həyat verən Kür çayı boyunca kanallar. Kanallar burada yaşayan insanlara təkcə əkin yerlərini suvarmaq, öz gün-güzaranlarını yaxşılaşdırmaq üçün lazım deyil. Kanallar burada həm də coğrafi istiqaməti göstərir...



İmişli əsasən pambıqçılıq rayonudur. Ancaq deyəsən, gələn il bu rayonda çox az adam tapılacaq ki, pambıq əksin. Çünki bu il çoxları pambıq əkməyə tövbə deyib:



- Pambıq əkməyə tövbə etmişik. Tövbə, tövbə min tövbə".

Bunu Qızılkənd sakini Məhəmməd Abdullayev deyir. Onun sözlərinə görə, İmişlidə pambıqla baş kəsirlər. Ötən il pambığın 1 kiloqramını müəssisələrə 1700 manata təhvil veriblər. Bu il isə pambıq gözlənilmədən 1300 manata düşüb.



Qızılkənd sakinləri ötən il becərdikləri pambığı İmişli Pambıq Zavoduna təhvil veriblər. Bu il həmin zavod pambığın 1 kiloqramının qiymətini 1500 manata endirdiyindən, bir çoxları Şəki İpəkçilik Kombinatı ilə müqavilə bağlamağı üstün tutub. Ancaq özlərinin dediklərinə görə, Şəki İpəkçilik Kombinatına etibar etdiklərindən, müqavilənin dəqiq məzmunu ilə tanış olmayıblar. Nəhayət, təhvil verdikləri pambığın pulunu almaq vədəsi gələndə isə hər kiloqram gözlədikləri kimi 1700 manata yox, 1300 manata hesablanıb:



- Sənədlərimizi bizdən aldılar, ancaq müqaviləni bizə göstərmədilər.



Qızılkənd sakinləri deyirlər ki, aşağı növ pambığın qiyməti artıq 800 manata düşüb. Bu isə faktiki olaraq pambığı maya dəyərindən qat-qat aşağı satmaq deməkdir.



Şəki İpəkçilik Kombinatının nümayəndəsi Adil Cəfərov isə deyir ki, Qızılkənd sakinləri ilə bağladıqları müqavilədə pambığın 1 kiloqramının qiyməti 1700 manat yox, 1300 manat göstərilib.



Adil Cəfərovun sözlərinə görə, Qızılkənd sakinlərinə şifahi şəkildə heç bir vəd verməyiblər, onların müqavilənin şərtlərindən xəbərsiz olmaları haqda iddiaları isə həqiqət deyil. Ancaq Şəki İpəkçilik Kombinatının nümayəndəsi sənədləri təhvil verdiyini səbəb göstərərək 2005-ci ilə aid müqavilələri mənə də göstərmir.



İmişli Pambıq Zavodunun nümayəndəsi Nəsrəddin Məmmədov isə bildirdi ki, pambığın pulu elə təhvil verildiyi gündəcə ödənirsə, onda qiyməti təqribən 200 manat aşağı salırlar. Əgər kəndlilər mərhələli şəkildə ödənişə razı olarlarsa, buna ehtiyac qalmaz. Nəsrəddin Məmmədov deyir ki, əgər mövcud qiymət pambıqçıları qane etmirsə, qiyməti qaldırmaq da müəssisələrə sərf etmir.



İmişli rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səfa Ağayevsə deyir ki, əgər kəndlilərə pambıq sərf etmirsə, onlar başqa şey əkə bilərlər. İmişli kənd təsərrüfatı rayonudur, burada pambıqçılıqla yanaşı, başqa sahələrin də inkişafı üçün şərait var:



- Yaxında İmişli Şəkər Zavodu işə düşəcək. Pambıq sərf etmirsə, şəkər çuğunduru əkmək olar, taxıl əkmək olar.



Bu günlər istifadəyə verilməsi gözlənilən İmişli Şəkər Zavoduna artıq 2 minə qədər işçi götürülüb. Ancaq İmişlidə işsizlik problemi hələ də qalmaqdadır. Hər gün 100-lərlə adam İmişli şəhərindəki körpüyə toplaşaraq günəmuzd iş gözləyirlər.



Bu adamların özləri İmişli körpüsünə «qul bazarı» deyirlər. Bakıda və ölkənin başqa iri şəhərlərində belə yerlərə tez-tez rast gəlinsə də, kənd təsərrüfatı rayonları üçün bu bir qədər istisnadır. Ancaq İmişlidə də günəmuzd iş axtarmaq kütl

Günün bütün mövzuları

XS
SM
MD
LG